Banner
Banner

Xəbərlər

Qadınlar insulta kişilərə nisbətən daha çox - MEYLLİDİRLƏR

Qadınlar insulta  kişilərə nisbətən daha çox - MEYLLİDİRLƏR
10:49 11 Mart 2021

Alimlər qadınlarda kişilərə nisbətən daha çox insult riski olduğunu bildirirlər və bunu bir neçə faktorla izah edirlər.

Tibb.fed.az bildirir ki, insult beyin sağlamlığı üçün ən təhlükəli təhdidlərdən biridir və miqyasına görə ölümün ikinci səbəbidir. Simptomatik olaraq, insultun yaratdığı hər 10 ölüm hallarından 6-sına qadınlarda rast gəlinir.

İnsultun inkişafı beyinin qan tədarükünün pozulmasına və ya qan damarının qırılması nəticəsində neyronların ölümü nəticəsində baş verir.

Bu vəziyyət tez-tez bədənin bir tərəfində ani bir quruma və ya zəiflik hissi ilə başlayır. “Bunun ardınca görmə, danışma və bədən koordinasiyasının pozulması kimi problemlər yaranır” deyə, həkimlər xəbərdarlıq ediblər.

Ayrıca, həkimlər qadınların kişilərə nisbətən insulta daha həssas olduğunu bildirirlər. Bunun səbəbi qismən qadınların ömrünün daha uzun olması və infarkt keçirmə ehtimalının yaşla artmasıdır.

Qan təzyiqini dərmansız aşağı salmağın – YOLLARI

Insult riski xüsusilə menopozdan sonrakı dövrdə qadının bədənindəki estrogenin qoruyucu təsirləri çox zəiflədikdə daha da artır. Mütəxəssislər qadınların insultun daha ağır formalarına meylli olduqlarını qeyd edirlər. Yaşla insult həssaslığı qapaqsız atrial fibrilyasiya, revmatik ürək xəstəliyi ilə artır (kişilərdə insult daha çox ürək-damar xəstəliyi, ürək çatışmazlığının nəticəsidir).

Tədqiqatlar göstərir ki, insult qadınlarda özünü daha az büruzə verir və buna görə də xəstəxanaya çatdırılmada yubanmalar baş verir. Baxmayaraq ki, qadınlar trombolitik və ya endovaskulyar terapiyaya kişilərdən daha yaxşı cavab verirlər. Bu iki terapevtik müdaxilə xəstəxanaya vaxtında çatdırılan və ilk simptomları görünən xəstələr üçün qənaətbəxş sayılır.

Bunu nəzərə alaraq qadınlar insultun simptomları və xüsusiyyətləri barədə məlumatlılıqlarını artırmalıdırlar. Sürətli tanınma və meydana gəlməsinə reaksiya, tibbi yardımın vaxtında alınması - insultla mümkün olan bu fəsadların ən dramatik ssenarilərindən qaçma şansını artırır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner