Banner
Banner

Ürək-damar

Qan təzyiqini dərmansız aşağı salmağın – YOLLARI

Qan təzyiqini dərmansız aşağı salmağın – YOLLARI
14:08 3 Mart 2021

Yer kürəsi əhalisinin çoxu yüksək qan təzyiqi ilə qarşılaşır. Həkimlər dərman olmadan qan təzyiqini aşağı salmağın yollarını açıqlayıblar. “Mayo Clinic”in mütəxəssləri ilk növbədə çəkiyə diqqət yetirməyin lazım olduğunu söyləyiblər. Həddindən artıq bədən çəkisi yuxu pozuntusuna səbəb olur və bu da sonradan təzyiqi artırır.

Bundan əlavə, hipertoniyalı xəstələrə düzgün qidalanma tövsiyə olunur. Menyunuza tərəvəz və meyvələr əlavə etməniz mütləqdir, eyni zamanda az yağlı süd məhsullarına da diqqət yetirməlisiniz. Mütəxəssislər yüksək səviyyəli xolesterol və doymuş yağın çoxluq təşkil etdiyi qida qəbulunu azaltmağa çağırır. Onlar həmçinin süfrə duzunun qan təzyiqini artıran natrium olduğunu da qeyd ediblər. Həkimlər qan təzyiqinin artmasının daha bir amili kimi fiziki yüklənməni də göstəriblər.

Gün ərzində otuz dəqiqə fiziki fəallıq göstərmək kifayətdir. Fiziki fəaliyyət üçün vaxt ayırarkən gəzinti, velosiped sürmə və üzgüçülük ilə məşğul ola bilərsiniz. Spirtli içki, tütün və qəhvə məhsullarının istehlakına da diqqət yetirməlisiniz. Çünki bunlar qan təzyiqinin artmasını təşviq edirlər. Bundan əlavə, həkimlər stress də hipertoniyanı müşayiət etdiyi üçün onlardan qaçmağı lazım bilirlər. Daxili vəziyyətinizi tarazlaşdırmaq üçün mütəxəssislər yoga və nəfəs alma üsulları ilə məşğul olmağınızı tövsiyə edirlər. 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner