Banner
Banner

Ürək-damar

“Qırıq qəlb sindromu” – XƏRÇƏNGƏ BİR ADDIM…

“Qırıq qəlb sindromu” – XƏRÇƏNGƏ BİR ADDIM…
12:32 10 Aprel 2021

Sevdiyin birini itirmək səbəbi ilə keçirilən həddən artıq stress ürək sıxıntısından başqa, son aparılmış araşdırmalara görə xərçəng xəstəliyinə də səbəb ola bilər. Belə ki, "Qırıq qəlb sindromu " yaşayan 6 nəfərdən 1-nin xərçəng xəstəliyinə tutulduğu aşkarlanmışdır. Bundan başqa bu xəstələrin diaqnoz qoyulduqdan 5 il sonra yaşama faizi daha aşağıdır.

Tibb.fed.az Salyan rayon Mərkəzi Xəstəxanasının paylaşımına istinadən bildirir ki, xalq arasında "Qırıq qəlb sindromu " adlandırılan Takotsubo sindromu (TTS) ciddi psixoloji və fiziki stress vəziyyətində yarana bilən ürək çatışmazlığıdır. TTS-in yaranma mexanizmi haqqında bir çox fərziyyələr irəli sürülsə də, hal-hazırda tam olaraq mexanizmi açıqlayan məlumat yoxdur . Bu vaxta qədər bir neçə maliqnizasiya və kimyaterapiya prosesi zamanı aşkarlanmış TTS halı məlumdur. Maliqnizasiyanın özündən əlavə, maliqnizasiya əleyhinə müalicənin öz növbəsində TTS-in yaranması ilə əlaqəsi teoriyası irəli sürülmüşdür. Beynəlxalq Takotsubo Qeydiyyat Dəftərindən (InterTAK Qeydiyyat Dəftəri) görüldüyü qədəri ilə TTS nəticələrinin akut koronar sindromunda (ACS) alınan nəticələr ilə bənzərliyi təsbit edilmişdir. Bu da kliniki olaraq maliqnizasiya, müalicəsi və TTS-in birlikdə yaratdığı mənzərənin daha ağır olduğunu, daha ağır nəticələrə gətirib çıxardığını göstərir. Hal-hazırda aparılan araşdırmalarda məqsəd bu xəstələrdə xəstəliyin klinik özəllikləri, maliqnizasiyaya uğramış və ya uğramamış TTS-li xəstələrdə həm qısa, həm də uzun vədəli nəticələri araşdırmaq, aınmış nəticələri maliqnizasiyalı və ya maliqnizasiyası olmayan ACS-li xəstələrin nəticələri ilə müaqyisə etməkdir.

Ürəyə maye toplanması hansı xəstəliklərdən – XƏBƏR VERİR?

Bu xəstələrdə ən çox rast gəlinən xərçəng növü süd vəzi xərçəngidir. Digər növlər isə həzm sistemi,tənəffüs sistemi,daxili cinsiyyət orqanları və dəri xərçəngidir. Başqa bir qrup xəstələrdə uzun müddətə ölüm göstəriciləri maliqnizasiyalı TTS xəstələri ilə bədxassəli ACS xəstələrinin nəticələri qarşılaşdırılır (P=0,13). Bu nəticələrə görə maliqnizasiya uzun müddətə ölüm göstəricilərini təyin edən faktor kimi qeyd olunur.

Tədqiqatlar göstərir ki, çox saylı TTS xəstələrinin maliqnizasiyaya uğradığı, maliqnizasiyanın TTS riskini artırdığı və nəticədə bu kimi xəstələrdə maliqnizasiyaya yönəlmiş xüsusi müayinələr aparılmalıdır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner