Banner
Banner

Ürək-damar

Ürəyə maye toplanması hansı xəstəliklərdən – XƏBƏR VERİR?

Ürəyə maye toplanması hansı xəstəliklərdən – XƏBƏR VERİR?
09:34 26 Mart 2021

“Ürəyə su yığılması” deyilən bir problem haqda çoxları eşidib. Bu, təkcə ürəyin problemi kimi deyil, həm də bir çox xəstəliklərin ağırlaşmaları zamanı ortyaya çıxan hal olaraq qəbul edilir.

Tibb.fed.az xəbər verir ki, normalda ürəyin ətrafını çevrələyən perikard adlanan kisədə 50 ml-ə qədər maye olur ki, bu maye ürəyin kisə içərisində normal hərəkətini təmin edir.

Perikardial kisədə mayenin artması isə perikardial zarın özünün iltihabi və ya orqanizmdə olan hər hansı bir xəstəliyin nəticəsi olaraq ortaya çıxır. Əlamətləri toplanan mayenin miqdarından və toplanma sürətindən asılıdır. Perikardial kisəyə maye toplanması ürəyin özünün boşluqlarına təzyiq edərək ürəyin qanla dolumunu çətinləşdirir və bu da xəstədə ciddi təngnəfəsliyə, boğulma şikayətlərinə və xəstənin məcburi oturaq vəziyyət almasına səbəb olur.

Perikarda toplanan mayenin miqdarından və xəstədə yaratdığı simptomatikadan asılı olaraq hər xəstə üçün individual müalicə üsulu seçilir.

rman müalicəsinə tabe olmayan, davamlı artan və ürək boşluqlarına təsir göstərən maye toplanması hallarında isə ürək kisəsi punksiya edilərək toplanmış maye boşaldılır və həmin mayedən analiz təhlili aparılaraq toplanma səbəbi araşdırılır.

Səbəblər müxtəlifdir:

Orqanizmdə olan hər hansı bir bədxassəli törəmə,

rəm,

Qalxanabənzər vəzin ciddi funksiyası,

İltihabi xəstəliklər,

Sistem xəstəlikləri və s.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner