Banner
Banner

Ürək-damar

Hamiləlikdə diabet ürək-damar xəstəliklərinə - SƏBƏB OLUR

Hamiləlikdə diabet ürək-damar xəstəliklərinə - SƏBƏB OLUR
11:48 5 Aprel 2021

Aparılan araşdırmalar göstərir ki, hamiləlikdə şəkərli diabet daha sonrakı illərdə ürək xəstəliklərinə yol aça bilər.

Tibb.fed.az tanınmış endokrinoloq Fərhad Burzuya istinadən bildirir ki, hətta doğuşdan sonra qlükozanın səviyyəsi normaya qayıtsa belə hamiləlik zamanı şəkərli diabetin daha sonra ürək xəstəliklərinə qol açması riski yenə də qalır.

Diqqət: Yaxınlaşmaqda olan diabetin - ƏLAMƏTLƏRİNİ TANIYIN

F.Burzu qeyd edib ki, 1100 qadının iştirakı ilə aparılan araşdırmada, əvvəllər hamiləlik diabeti olan qadınlarda sonra qlükozanın səviyyəsindən asılı olmayaraq ürək-damar problemləri riskinin 2 dəfədən artıq olduğu aşkarlanıb.

Hamiləlikdən sonra qlükozanın səviyyəsini normada tutsalar belə,  illər sonra ürək xəstəliklərinin əmələ gəlmə riski yüksəkdir. Həmçinin hamiləlikdə şəkərli diabet olmayan,  ancaq sonrakı illərdə qanda qlükozanın səviyyəsi yüksək olan qadınlar da ürək-damar xəstəlikləri olma riski daşıyırdılar.

Prediabet olan qadınlarda isə  risk 54% yüksək olduğu,  tip 2 diabeti olan qadınlarda isə bu risk 2 dəfə  artıq görülmüşdür.

Hamiləlik zamanı, diabet və sağlamlıqda bağlı başqa problemlər gələcəkdə xroniki xəstəliklərin, xüsusən də ürək xəstəliklərinin erkən xəbərçisi ola bilər.

Endokrinoloq həkim bu səbəbdən hamiləlik diabeti olan qadınların hamiləlikdən sonra müntəzəm şəkildə tip 2 diabetə aid testləri etdirməli və ürək sağlamlığına diqqət yetirməli olduqlarını vurğulayıb.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner