Banner
Banner

Ürək-damar

Diqqət: Yaxınlaşmaqda olan diabetin - ƏLAMƏTLƏRİNİ TANIYIN

Diqqət: Yaxınlaşmaqda olan diabetin - ƏLAMƏTLƏRİNİ TANIYIN
23:10 1 Fev 2021

Bu əlamətlərə 40 yaşından sonra xüsusilə diqqət yetirilməlidir.

Diabetin 2-ci tipinin diaqnoz riski artıq çəki, tez-tez sidiyə getmə və səbəbsiz başgicəllənmə kimi əlamətlərlə artır. Bunları hətta xəstəliyə tutulmanı göstərən narahatedici faktorlar da adlandırmaq olar.

Doğrudur, diabetin diaqnozunun ən etibarlı yolu qanda şəkərin miqdarı ilə bağlı verilən qan analizidir. Amma mütəxəssislərin fikrincə, bu xəstəlikləri bəzi əlamətlər də əvvəlcədən göstərir.

Məsələn, ağız quruluğu, yaranın gec sağalması, artıq çəki, tez-tez sidiyə çıxmaq istəyi, yorğunluq, görmə problemləri, cinsiyyət orqanlarında qaşınma və başgicəllənmə şəkərli diabetin özünün və ya diabetdən əvvəlki vəziyyətin həyəcanverici simptomları ola bilər.

Xəstəliyin yüksək risk qrupuna 40 yaşdan yuxarı və artıq çəkiyə malik insanlar daxildir. Ailəsində şəkərli diabet xəstələri olan insanların sağlamlığını xüsusi diqqətə almaq lazımdır. Diabet riskini sağlam pəhriz və müntəzəm məşqlərlə (həftədə orta həddə 150 dəqiqə məşq) azaltmaq mümkündür.

İnsulinə bağlı olmayan diabet və ya 2-ci tip diabet, ən çox yayılmış diabet növüdür. Xəstəlik ürək, qan damarları və sinir sisteminin fəaliyyətinin pozulması daxil olmaqla, həyati təhlükə yaradan digər halların riskini artıra bilər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner