Banner
Banner

Ümumi Xəbərlər

ÜST yeddi həftədə ilk dəfə dünyada COVID-19-a yoluxmada -ARTIM QEYDƏ ALIB

ÜST yeddi həftədə ilk dəfə dünyada COVID-19-a yoluxmada -ARTIM QEYDƏ ALIB
23:47 1 Mart 2021

Təşkilatın Baş Direktoru Tedros Qebreyesus bildirib ki,  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), yeddi həftədə ilk dəfə COVID-19-a yoluxmada artım olduğunu qeydə alıb. Con Hopkins Universitetinin məlumatlarına görə, ümumilikdə dünyada 114,2 milyon insan koronavirus yoluxub. Pandemiya zamanı 2,5 milyon adam ölüb.

Tibb.fed.az Reuters agentliyinə istinadən xəbər verir ki, ÜST-ün Baş direktoru keçirdiyi brifinqdə artımı xəritəsini açıqlayıb: “Yeddi həftə ərzində ilk dəfə olaraq infeksiya sayının artdığını görürük. Artım altı bölgədən dördündə qeydə alınıb. Bunlar hər iki Amerika, Avropa, Cənub-Şərqi Asiya, Şərqi Aralıq dənizidir”.

Bununla belə o, virusa yoluxanların sayının nə qədər artdığını konkret rəqəmlə açıqlamayıb. ÜST Baş Direktoru, təşkilatın mayın sonunadək COVAX mexanizmi çərçivəsində 142 ölkəyə 237 milyon doza koronavirus peyvəndi tədarük edəcəyini gözlədiyini bildirib.

“Bu peyvənd insanları koronavirusdan qoruyur” - BAŞ HƏKİMDƏN AÇIQLAMA

“Qana və Kot de Vuar bu gün səhiyyə işçilərini peyvənd etməyə başladı. May ayının sonuna qədər 232 milyon doza peyvənd 142 ölkəyə paylanacaq” deyə ÜST-ün Baş Direktoru xəbər verib.

Koronavirusa yoluxanların ən çoxu ABŞ-da (28,6 milyon), daha sonra Hindistan (11,1 milyon) və Braziliyadadır (10,5 milyon). Qonşu Rusiya isə yoluxma sayına görə dünyada dördüncü yerdədir (4.2 milyon).

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner