Banner
Banner

Virus və infeksiyalar

“Bu peyvənd insanları koronavirusdan qoruyur” - BAŞ HƏKİMDƏN AÇIQLAMA

“Bu peyvənd insanları koronavirusdan qoruyur” - BAŞ HƏKİMDƏN AÇIQLAMA
19:22 2 Fev 2021

"Koronavirusa qarşı peyvəndi vurdurmuşam. Proses normal keçdi və onun heç bir əks təsiri olmadı". 

FED.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya açıqlamasında Sabunçu rayonu 28 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Çingiz İbadullayev deyib. O qeyd edib ki, hələ ki birinci dozanı vurdurub: "İkinci doza 28 gündən sonra vurulacaq. Tam məsuliyyətlə deyirəm ki, bizdə olan "Coronac" vaksini inaktivləşdirilmiş peyvənddir. Onun heç bir əks təsiri yoxdur. Tam olaraq ziyansız peyvənddir. Bu peyvənd insanları koronavirusdan qoruyur. Məsləhət görürəm ki,  insanlar bu peyvəndi vurdursun".  

Baş həkim qeyd edib ki, hazırda xəstəxanada  65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır:  "Bu qrupa daxil olan şəxslər əvvəlcədən randevu götürür və poliklinikaya müraciət edirlər. Biz də peyvəndləmə işini aparırıq. Bu günə kimi vaksindən sonra vəziyyəti pisləşən heç bir şəxs qeydə alınmayıb". 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner