Banner
Banner

Onkologiya

«Qadınlar xərçəngdən qorunmaq üçün ayda bir dəfə güzgü qarşısında yoxlanmalıdır» - MÜSAHİBƏ

«Qadınlar xərçəngdən qorunmaq üçün ayda bir dəfə güzgü qarşısında yoxlanmalıdır» - MÜSAHİBƏ
19:46 21 Fev 2021

Bütün dünyada ən qorxulu bəla olan onkoloji xəstəliklərin geniş yayılan və təhlükəli növləri qadınlarda süd vəzisi və uşaqlıq boynu xərçəngidir.

Tibb.fed.az-ın məlumatına görə, mütəxəssislər bildirir ki, vaxtında aşkar edilsə, bu xəstəliklərin hər ikisini müalicə etmək mümkündür. Amma bunun üçün diqqətli olmalı, vaxtında müayinələrdən keçmək lazımdır.

Xərçəngin dərmani tapıldı - ŞAD XƏBƏR

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının həkim mamoloq-radioloqu Günel Qəmbərova tibb.fed.az-a qadınlardakı xərçəng xəstəlikləri ilə bağlı mövcud vəziyyəti anladır, ehtiyat tədbirlərini xatırladır.

- Bəşəriyyətin üzləşdiyi ən böyük, ən ağır xəstəlik olan xərçəng, sayına görə ürək-işemik xəstəliklərindən sonra ikinci yerdə gəlir. Ölüm halına görə də ürək-işemik xəstəliklərindən sonra 2-ci yerdə dayanır. Xərçəng xəstəliyinin özünü qruplara bölsək, qadınlar arasında yayılmış ən böyük və ən qorxulu xərçəng növü birinci uşaqlıq boynunun xərçəngi, ikinci isə süd vəzi xərçəngidir. Yayılmasına görə, dünyada liderlik təşkil edən xərçəng növü süd vəzi xərçəngidirsə, ölüm sayına görə dünyada ilk yerdə uşaqlıq borusunun xərçəngi dayanır.

Əfsuslar olsun ki, hər iki növ barədə danışarkən, biz bu xəstəlikləri ayrı-ayrı xəstəliklər kimi nəzərə almırıq, ədəbiyyatlarda bu xəstəliklərin hər ikisi bir birilə əlaqəli, bir-birini provakasiya edən xərçəng növləri sayılmış olur.

Xərçəngin yayılması getdikcə «cavanlaşır»

Bu gün bəşəriyyətdə bütün xərçəng növlərinin yayılma riski, yayılma ehtimalı cavanlaşıb. Artıq erkən yaşlarda biz bu xəstəlikləri görürük və hətta 2017-ci ildən bu yana Türkiyədə yaşı 40-dan aşağı olan pasiyentlərdə süd vəzi xərçəngi ümumiyyətlə liderlik təşkil edir. Indiyədək əgər biz xərçəng xəstəliyinə yalnız yaşlı insanlarda rast gəlirdiksə, bu gün artıq reproduktiv dövrdə və ən inkişaf etmiş ölkələrdə, 40 yaşdan aşağı olan insanlarda xərçəngin bu növünün yayılma ehtimalı, ölüm faizinin artıq olduğunu nəzərə alaraq həyəcan təbili çalmalıyıq. Maariflənmə işlərinə baxmayaraq səsimizi istədiyimizi auditoriyaya çatdıra bilmirik.

Hər 8 qadından birində süd vəzi xərçəngi tapılır  

və bəşəriyyətin ən qlobal problemlərindən biridir. Qadınlarımız çox zaman həkimlərə vaxtında müraciət etməməsi, müayinələrdən keçməməsi xəstəliyin gecikmiş mərhələsinə gətirib çıxarır. Əziz qadınlar, bu gün südvəzi xərçəngi ölüm hökmü deyil. Bu gün ümumiyyətlə xərçəng ölüm hökmü deyil.

Xərçəngi tapmaq üçün «qızıl standart müayinə» var

Elə bir əsrə gəlmişik ki, xərçəngi sıfır mərhələdə təyin etmək imkanları var. Ən uzağı xərçəngi 1-ci mərhələdə təyin etməyə bizim şəraitimiz var. 1972-ci ildən bu yana icad olunmuş süd vəzi xərçənginin erkən stadiyasında “qızıl standart müayinə” üsulu sayılan mamoqrafik müayinəsi sayəsində vaxtında müayinədən keçən qadınlar, hətta heç bir ilkin əlamət olmasa da, xəstəlikdən xəbər tutub normal müalicə ala bilər.

Yəni  heç bir kliniki simptomları olmayanda belə: süd vəzisində hər hansı bərkimə, düyün, agrı, gilədən ifrazat, dəridə damarların artması, dəridə portağal qabığı və ya limon qabığı sinptomlarının, artması və s bu kimi dəri büzüşməsi, gilə batması və s. bu əlamətlərin heç biri olmayanda da xəstəliyi aşkar etmək mümkündür.

Qadınlar ildə bir dəfə özünə vaxt ayırmalıdırlar

Pasiyentlər ildə bir dəfə sadəcə özünə vaxt ayırıb erkən olaraq mamoqrafik müayinədən keçsə, ən azından heç bir kliniki simptom olmadan xəstəlikdən xəbər tutub normal müalicə ala bilər.

Mamoqrafik müayinə niyə «qızıl standart müayinəsi» sayılır?

Ona görə ki, mamoqrafik müayinə ultrasəsin, MRT-nin görmədiyi heç bir mikrokalsinatı görə bilir. Mikrokalsinat da həmən nayihədə hüceyrə enerjisinin, hüceyrə bölümü enerjisinin çox olduğunu, atipik hüceyrələrin olmasını göstərir. Bu mərhələdə heç bir düyün, heç bir ağrı, kliniki simptom olmur. Və biz bunu təyin edəndə əgər həmin yer bir balaca, 1 mm, 2 mm, la uzağı 5-6 mm kəsiklə həmin nayihənin o mikrokalsik hissəni götrüməklə xəstə tamamilə xərçəngdən azad ola bilir.

Xanımlarda 23 yaşdan sonra vacib müayinə - KALPOSKAPİYA

Uşaqlıq boynu xərçəngini aşkar etmək üçün də «qızıl standart müayinə» var. Bu xanımlarda 23 yaşdan sonra tətbiq edilən kalposkasiya üsuludur. Kalposkapiya metodu ilə müayinə ailə qurmuş hər bir xanımda aparılmalıdır. Bu, erkən mərhələdə uşaqlıq boru xərçənginin qarşısını almağa bizə kömək edən müayinə üsuludur.

"14 yaşli qizda süd vəzi xərçəngi aşkarladiq"

Nə yazıq ki, təcrübəmdə mən ən gənc xanımda, 14 yaş yarımda olan bir cavan qızımızda mən süd vəzi xərçəngi ilə rastlaşmışam. Bu gün cəmiyyətimizdə bir bəla var: onkopediatrik sahə adlanan bir bölüm yaranıb. Qan xərçəngindən tutmuş süd vəzi xərçənginə qədər uşaqlarda, cavan, gənc xanımlarda, qızlarda artıq bu xəstəlik geniş yayılıb.

Hər bir qadın ayda bir dəfə güzgü qarşısında yoxlanmalıdır

20 yaşdan yuxarı hər bir qadın heç olmasa, ayda bir dəfə güzgü qarşısında yoxlanmalıdır, istər ayaqustü, istər uzanılı vəziyyətdə. Dəridə olan dəyişikliklərdən əlinə gələn kütlələrə qədər fikir vermək lazımdır. Əfsuslar olsun ki, bizə müraciət edən pasiyentlər arasında 60-70 yaş yuxarı xanımlardan soruşanda kı, süd vəzidə bu ləkə çoxdan var? Bu qanlar coxdan var? Gilənin haçalı olması, içəri batması çoxdan var? İnanın, çoxu deyir ki, fikir verməmişəm. Hər insan öz bədənini tanımalıdır. Bizim qadınlar isə bundan uzaqdırlar.

Bəzən elə vəziyyətdə gəlirlər ki, əməliyyat da fayda vermir

İnsanlar çəkinir ki, onlarda yad kütlə tapılsa, əməliyyat olunacaqlar. Qorxurlar ki, əməliyyat olunmasam, digər tanıdıqlarım kimi həyatımı itirəcəm və yaxud əməiyyat olunub kimyəvi müalicə alsam, yenə də öləcəm və s. Bəzən xəstələr bizə elə mərhələdə müraciət edirlər ki, biz diaqnoz qoyanda «mənə əməliyyat lazımdır?» deyə həyəcanlanırlar. Çox kobud səslənsə də, «gəlin dua edək ki, sizin bu xəstəliyiniz əməliyyatla sizdən uzaqlaşmış olsun» deyirəm. Bəzən elə vəziyyətdə gəlirlər ki, heç əməliyyatla da müalicə etmək fayda vermir. Əməliyyat da əslində bir müalicə növüdür.

Hər ələ dəyən düyün, şiş xərçəng deyil, amma analar gənc qızlara nəzarət etsinlər

Qızların reproduktiv inkişaf dövründə, menustral tsikldən sonrakı dövrdə psixoloji durumları və utanmaqları həkimlərin gizli proseslərdən vaxtında xəbərdar olmasına problem yaradır. Elə isə nə etməli?  Qız övladlarınızla dost olmağa çalışın. Heç olmasa ayda bir dəfə onlar əlləri ilə süd vəzilərinə toxunub yad kütlənin olub-olmadığı ilə bağlı sizə məlumat versinlər. Çünki bizə gələn uşaqlarda biz bu halları görürük. Uşaqdan bu kütlənin nə vaxtdan mövcud olduğunu soruşanda cavab ürəkağrıdıcı olur: «elə bildim hansısa şarikdir». Əlbəttə, belələri xərçəng tanıyacaq yaşda deyillər. Ona görə də biz uşaqları qorxutmadan maarifləndirməyi bacarmalıyıq.

Ana yeniyetmə, gənc qızının alt paltarlarına mütləf fikir verib orda qan izlərinin, müəyyən ləkələrin olub-olmadığını yoxlamalıdır. Həmçinin qızlarının döşlərində assimmetriya halları ilə rastlaşdıqda dərhal həkimə müraciət etmələri vacibdir. Qorxmaq lazım deyil, hər ələ dəyən düyün, şiş xərçəng deyil. Bu halların 99%-i hormonal disbalans fonunda da yarana bilən dəyişikliklərdir. Sadəcə vəziyyətə dair həkimin rəy verməsinə çalışın.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner