Banner
Banner

Mədə-bağırsaq

Qastrit və xora xəstəliyi zamanı - QİDALANMA

Qastrit və xora xəstəliyi zamanı - QİDALANMA
17:56 10 Mart 2021

Qastrit və xora xəstəliyi mədə-bağırsaq sistemi xəstəliklərinin arasında birinci yerlər tutur. Mədə və 12 barmaq bağırsağı xorası çox təhlükəli xəstəlikdir ki, uzun müddət ərzində movcud olan xora mədə və 12 barmaq bağırsağı xərçənginə səbəb ola bilər. Müasir dərman preparatların köməyi ilə qastrit və xora xəstəliyi çox uğurla müalicə olunur. Lakin müalicədən əlavə bu xəstəliklər zamanı xüsusi qidalanma rejimi də çox böyük müalicəvi rol oynayır.

Ev şəraitində mədə kiçiltmək METODU

Tibb.fed.az qastrit və xora xəstəliyindən əziyyət çəkən insanlara qida rasionu ilə bağlı tövsiyələrini açıqlayır.

Əsas qaydalar:

–Bütün qızardılmış, duzlu, istiotlu, hisə verilmiş, marinada qoyulmuş qidalar rasiondan tamamilə çıxarılmalıdır.

–Bütün qidalar yalnız suda və buğda bişirilmişməlidir (yağ qəti olmaz).

-Qida daha tez-tez və kiçik miqdarlarla qəbul olunmalıdır ki, mədə yüklənməsin və rahat həzm olunsun.

–Qidaları və içkiləri çox isti və çox soyuq halda qəbul eləmək olmaz. Əslində bu qaydaya hətta tam sağlam insanlar da riayət etməlidir. Həm çox soyuq, həm də çox isti qida və içkilər insan sağlamlığına ciddi ziyan vurur.

–Bu kimi qidaları qəbul etmək olmaz: təzə çörək və un məmulatları; çiy meyvə-tərəvəz, giləmeyvə; pendir; turş süd məhsulları; şokolad; tünd çay, qəhvə; ketçup, mayonez və s. souslar; kolbasa və sosis məmulatları; şirniyyatlar (tortlar, pirojnalar).

Qastrit və Xora xəstəliyi zamanı bu kimi qidaların qəbulu tövsiyə olunur:

· duru südlü sıyıqlar (manna, yulaf, qarabaşaq, düyü),

· buğda və ya suda bişirilmiş ət (ət yağlı olmamalıdır), buğda bişirilmiş kotlet, bişmiş yumurta, bişmiş kök, kartof, çuğundur,

· moruqlu, çiyələkli kisel (kiselin tərkibində olan nişasta qastrit və xora xəstəliyi zamanı müalicəvi təsir edir – mədənin divarlarında qoruyucu qat əmələ gətirir)

· süd, qaymaq, südlü kokteyl, südlü çay

· kərə yağı və bitki yağları.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner