Banner
Banner

Həyat Tərzi

Səhər tezdən yuxudan durmağın - ZƏRƏRLƏRİ VƏ FAYDALARI

Səhər tezdən yuxudan durmağın - ZƏRƏRLƏRİ VƏ FAYDALARI
12:09 28 Fev 2021

Saat ixtira olunmamışdın çox əsrlər əvvəl insanlar zamanı günəşin doğması, batması ilə müəyyənləşdirirdilər. Sübh tezdən xoruzun banlaması isə dan yerinin sökülməsinə işarə sayılırdı.

Qocalma prosesini ləngidən içki - QIRMIZI ŞƏRAB

İşgüzar, əməksevər insanlar xoruzla bərabər yuxudan oyanır və gün ərzində işlərini görmək üçün yuxudan əlavə vaxt “oğurlayırdılar”. Erkən oyanmağın faydaları barədə atalar misallarında da xatırlatmalar var. “Yuxudan tez oyananla tez evlənən uduzmaz” kimi.

Müasir dünyamızda, zamanın su kimi axıb getdiyi bir dövrdə vaxtın düzgün bölüşdürülməsi üçün erkən oyanma vacib amildir. Uğur qazanmış əksər insanlaın yuxuya çox az vaxt sərf etdiyinin şahidiyik. Məsələn,  Apple şırkətinin Baş direktoru Tim Kuk sübh tezdən saat 03.45-də yataqdan qalxır. Buna səbəb isə Kukun Şərqi Sahildəki həmkarlarından daha əvvəl Kaliforniyada e-poçtları yoxlamaqdır.

Tibb.fed.az sübh tezdən yuxudan oyanmağın zərərləri və faydalarını təqdim edir.

Erkən durmağın faydaları nədir?

Sübhdən oyananların fikrincə, erkən durmağın faydaları həddən çoxdur.

Məsələn, ilk saatlarda diqqəti yayındıran şeylər daha az olur: uşaqlar və qonşular yatır, telefon mesajlar və zənglərlə dağılmır.

Araşdırmalar erkən qalxmağın və müvəffəqiyyətin əlaqəli ola biləcəyini də göstərir. Erkən oyanan insanlar ənənəvi korporativ cədvəllərə daha çox uyğundur və daha aktiv olma meylinə sahibdirlər.

Bundan əlavə, insanların erkən başlamağa şəxsi səbəbləri də ola bilər: işə olan həvəs və maraq, entuziazm onları yataqdan qaldırır.

Ancaq yaddan çıxarmaq olmaz ki, erkən durmaq mütləq ofisdəki ani uğur demək deyil. Bu, insandan asılı olaraq, hətta zərər də verə bilər.

Erkən qalxmaq hamı üçün yaxşıdır?

Yox. Hər şey sizin genlərinizdən asılıdır.

İnsanların səhər  və ya axşam özlərini daha yaxşı hiss etmələrinə təsir edən 350-dən çox (!) genetik faktor var.

Bəzi insanların bioloji cəhətdən özlərini günün müxtəlif vaxtlarında daha gümrah hiss etmələrini müəyyənləşdirən bir çox tədqiqatlar keçirilib.

Ən pis ssenari - erkən qalxmaq yuxudan doymamaq deməkdir. Yuxu qurbanının isə bir çox mənfi nəticələri var. Bu cür insanlar daha kaprizli, daha az diqqətcil, narahat olur, kilo alma riski (nə qədər az yatarsan, nə qədər çox yemək alırsan), ürək xəstəliyi və yüksək təzyiq ilə üzləşir.

İnsan sağlamlığı və məhsuldarlığı üçün onun yuxudan doyması ilə yanaşı, eyni vaxtda yatıb,  eyni vaxtda oyanması da şərtdir.

Saat neçədə yuxudan oyansam daha faydalı olar?

Bəllidir ki, kişik yaşlı uşaqları, heyvanları, normal iş qrafiki və bir neçə saatdan bir dərman qəbul etməsi lazım olan insanların yuxu rejimi ilə bağlı problemləri olur. Bu vəziyyətdə olan insanlara gündəlik iş rejimində təcrübə aparmaqla bağlı bəzi tövsiyələrimiz var:

Gur ideyaları olan liderləri və ya təsir imkanları olan insanları  dinləməyin - sizin üçün ən yaxşısının nə olduğunu öyrənin.

Günün hansı saatında özünüz çox yorğun və çox gümrah hiss etdiyinizi müəyyənləşdirin. Tətildə olarkən təbii yolla yuxuya getdiyiniz və oyandığınız vaxtı qeyd edin. İş cədvəlinizi bu vaxtla eyni vaxtda saxlamağa çalışın - qarşıdakı gün üçün təbii enerjinizdən maksimum dərəcədə faydalanacaqsınız.

Erkən durmaq istəyirsən, amma hələlik çətindi

Dəyişiklikləri tədricən etməyə başlayın. Əvvəlki həftələrlə müqayisədə 15 dəqiqə tez yatmağa və oyanmağa çalışın.

Yuxu kvotasını ödəmək üçün kifayət qədər erkən yatmağı unutmayın. Vaxt keçdikcə bədən yeni sistemə alışır, daha bir az keçəndən sonra isə saat zəngi olmadan belə tələb olunan saatda qalxmağı bacaracaq, özünüzü yuxudan doymuş, gümrah hiss edəcəksiniz.

Səhər tezdən durmaq səhhətimə ziyan vura bilər?

Ömür boyu özünüzü bayquş kimi hiss edirsinizsə və hər səhər yuxudan oyanıb işə getmək əzab verirsə, bu, yalnız bir halda sağlamlığınıza zərər verə bilər: çox az yatsanız. Digər hallarda seçim özünüzdədir. Həqiqətən, bioloji baxımdan kimsə səhər, kimsə günorta və hətta axşam daha məhsuldardır. Gündəlik işinizin bölüşdürülməsini  sınaqdan keçirmək imkanınız varsa, özünüzə diqqət yetirin.

Əgər səhər saat doqquzda mütləq işdə olmalısansa, orqanizminizi erkən qalxmağa sistematik və rahat edin alışdırın - yuxu normanızı yerinə yetirmək üçün isə yatağa hər dəfə eyni vaxtlarda uzanın.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner