Banner
Banner

Hamiləlik və doğuş

Bakıda süni mayalanma xidməti – SİYAHI, QİYMƏTLƏR

Bakıda süni mayalanma xidməti – SİYAHI, QİYMƏTLƏR
15:27 7 Mart 2021

Son illər təbbi artım problemləri və sonsuzluq hallarının artımı nəticəsində çıxış yollarından biri süni mayalanmadır.

Tibb.fed.az xatırladır ki, süni mayalanma - qadın və kişi artım hüceyrələrinin bədəndən kənar döllənməsidir. Müasir süni mayalanma müalicəsi ilk dəfə Robert G. Eduard və Patrik Kristofer Steptou tərəfindən həyata keçirilib. Süni mayalanmadan ilk uşaq isə (Louise Brown) 1978-ci ildə İngiltərədə dünyaya gəlib. Bu yenilikdən 32 il sonra – 2010-cu ildə məhz ekstrakorporal mayalanmanı praktikada tətbiq edən tədqiqatlar Nobel mükafatına layiq görülüb.

Hamiləlik dövründə vacib olan – TEST VƏ MÜAYİNƏLƏR – SİYAHI, QİYMƏTLƏR

Tibb.FED.az xəbər verir ki, hər il dünyada süni mayalanma yolu ilə təxminən yarım milyonadək körpə dünyaya gəlir. Azərbaycanda süni mayalanma 2004-cü ildən tətbiq olunur. Ölkəmizdə sonsuzluq üzrə qeydiyyatda olanların sayı təxminən 100 mində 50-yə bərabərdir. Qadınlar arasında sonsuzluq halları son zamanlar iki dəfə artıb, sonsuzluq hallarının təxminən yarısı isə kişilərin payına düşür. Süni mayalanma daha çox yumurta ehtiyatı az olan, yaxud olmayan, kişi sonsuzluğundan əziyyət çəkənlər üçün düzgün seçimdir.

Süni mayalanma zamanı tək rəsmi nikahda olanların deyil, hər kəsin ana, ata olmaq haqqı nəzərə alınır.

Amma bu zaman müəyyən tələblər nəzərə alınır, bəzi xəstəliklər zamanı süni mayalanma etmək olmaz. Digər tərəfdən, mütəxəssislərə görə, 45 yaşdan sonra reproduktiv funksiyanın zəifləməsi səbəbindən qadınlarda süni mayalanma şansı çox azdır. Buna baxmayaraq, dünyada, eləcə də ölkəmizdə 45 yaşdan yuxarı, hətta 50-55 yaşlarda da süni mayalanma ilə övlad dünyaya gətirən qadınlar var.

Qiymətlərə gəlincə, süni mayalanma bu gün o qədər də əlçatmaz sayılmır.

Məsələn, özəl klinikalarda bu məbləğ, əsasən, 3500-4500 manat arasında dəyişir.

Bakıda süni mayalanma xidməti – SİYAHI, QİYMƏTLƏR | Tibb FED.AZBakıda süni mayalanma xidməti – SİYAHI, QİYMƏTLƏR | Tibb FED.AZ
Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner