Banner
Banner

Diş və ağız boşluğu

Koronavirus ağız boşluğunda xəstəliyi olanlar üçün xüsusilə - TƏHLÜKƏLİDİR

Koronavirus ağız boşluğunda xəstəliyi olanlar üçün xüsusilə - TƏHLÜKƏLİDİR
10:29 7 Mart 2021

Diş əti xəstəliyi olanlar COVID-19-u ağır formada keçirir və hətta bu xəstəlik ölümlə də nəticələnə bilir.

Tibb.fed.az  Rusiyanın “MedikForum” saytına istinadən bildirir ki, bu barədə məlumat “Journal of Clinical Periodontology”da dərc olunmuş tədqiqatın nəticələrində öz əksini tapıb. Tədqiqatçıların qənaətinə görə, diş əti xəstəliyinin kəskinləşmə ehtimalı belə bir problemi olmayanlarla müqayisədə COVID-19-a yoluxanlarda 9 dəfə yüksəkdir.

Dişləri nə zaman fırçalamaq olmaz? - HƏKİM XƏBƏRDARLIĞI

Periodontit və ya diş əti xəstəliyi - diş itirilməsinə və digər ciddi fəsadlara səbəb olan ağız boşluğunun ağır infeksiya xəstəliyidir. Parodontit və ya parodontoz sistemli iltihablarla müşayiət olunan digər xroniki xəstəliklərə xas risk amilidir. Təsdiqlənmiş məlumatlara görə, bu xəstəliyi olanlar COVID-19-un daha ağır formasına məruz qalırlar. Çünki koronavirus məhz ağız boşluğundan orqanizmə daxil olur.

Tədqiqat nəticəsində məlum olub ki, diş əti xəstəliyi ilə koronavirusa yoluxanların ağciyərlərin süni ventilyasiyası aparatına qoşulma, reanimasiyaya düşmə, ölüm riski və tez-tez ağırlaşmalarla qarşılaşma ehtimalı yüksəkdir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner