Banner
Banner

Diş və ağız boşluğu

Dişləri nə zaman fırçalamaq olmaz? - HƏKİM XƏBƏRDARLIĞI

Dişləri nə zaman fırçalamaq olmaz? - HƏKİM XƏBƏRDARLIĞI
14:18 17 Fev 2021

Stomatoloqlar turş meyvə yeyəndən dərhal sonra dişləri fırçalamamağı məsləhət görürlər.

Tibb.fed.az xəbər verir ki, dişləri fırçalamaq üçün turş meyvə yeyəndən sonra ən azı bir saat gözləmək lazımdır.

Turş meyvələr və şirələr istehlakından sonra ən azı bir saat gözləmək dişin nazik emal qatını qorumağa kömək edir.

Biz turş alma, ananas və ya portağal yedikdə, turş şirələr içdikdə, onların turşusu diş toxumalarına təsir göstərir, demineralizasiyaya və həssaslığın artmasına səbəb olur.

Daha sadə desək belə qidalardan sonra dişin üzətindəki qoruyucu mina qatı yumşalır və fırçalananda bu qat zədələnə bilər. 

“Xüsusilə sərt bir fırça ilə dişlərin dərhal fırçalanması, həssaslığa və ya demineralizə edilmiş emal təbəqəsinə mexaniki zərər verə bilər. Bu səbəbdən turş qidalar qəbul etmək və dişlərinizi fırçalamaq arasındakı fasilə ən azı bir saat olmalıdır. Və dərhal ağzınızı su ilə yaxalamaq daha yaxşıdır” deyir diş həkimləri.

Həkimlər dişin fırçalanma texnikasının da diş sağlamlığı üçün vacib olduğunu deyir. Belə ki, üfüqi hərəkətlərlə dişlərin fırçalanması diş ətinin xroniki travmasına və servikal bölgədəki dişin sərt toxumalarına zərər verə bilər. Fırçalanmada dairəvi hərəkətlərin üstünlük təşkil etməsi məqbuldur: “Dişlərinizi fırçalayarkən dairəvi hərəkətlərə üstünlük verin. Şaquli süpürmə məqbuldur. Diş fırçasına vurduğumuz təzyiq də mühüm rol oynayır”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner