Banner
Banner

Xəstəxanalar

Azərbaycanda bəzi şəxslərə vaksinin 3-cü dozası vurula bilər- RƏSMİ

Azərbaycanda bəzi şəxslərə vaksinin 3-cü dozası vurula bilər- RƏSMİ
16:22 12 İyun 2021

Azərbaycanda bəzi şəxslərə vaksinin 3-cü dozunun vrurulması məsələsi müzakirə olunur.

Tibb.fed.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

"Heç bir vaksin 100 faizlik səmərə vermir. Anticisimlərin yoxlanılması da immunitetin səviyyəsini bir o qədər dəqiq xarakterizə etmir: Elə insanlar var ki, onlarda iki dozadan sonra ümumiyyətlə anticisimlər əmələ gəlmir. Onlara üçüncü dozanın vurulması məsələsi indi müzakirə edilir və araşdırılır".

Onun sözlərinə görə, peyvənd olunmaqla ilk növbədə ağırlaşma və ölüm hallarının qarşısı alınır, digər tərəfdən də bu, hər kəsin immun sistemindən asılıdır: "Əhali arasında immun sistemi güclü və zəif olanlar var. Xüsusilə yaşlılarda immun sistemi müəyyən qədər zəifləyib. Xroniki xəstəliklərdən əziyyət çəkənlərdə immunitetin əmələ gəlməsi bir qədər ləngiyir. Onlar mütləq şəkildə peyvənd vurdurmalıdırlar. Lakin peyvənd ediləndən sonra onlarda alınan nəticələr sağlam insanlardan fərqli ola bilər".

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner