Banner
Banner

Xəstəliklər

Yüksək bilirubin qorxunc xəstəlikdən - XƏBƏR VERƏ BİLƏR

Yüksək bilirubin qorxunc xəstəlikdən - XƏBƏR VERƏ BİLƏR
13:28 7 Aprel 2021

Artan bilirubin kəskinləşmiş appendisit siqnalı ola bilər

Tibb.fed.az qanqrenoz appendisit xəstələrinın adətən təcili əməliyyatının tələb olunduğunu bildirir. Əməliyyatdan əvvəl diaqnoz vacibdir, lakin bu, həmişə sadə deyil. Fuchu Cəmiyyət Tibb Mərkəzinin cərrahi şöbəsindən Itsuki Nayın rəhbərlik etdiyi yapon alimləri əməliyyatdan əvvəl qanqren appendisitin prediktorunu müəyyənləşdiriblər. Onların nəticələri Acute Medicine&Surgery jurnalında dərc edilib.

Alimlər 2011-ci ilin sentyabrı-2014-cü ilin avqust ayı müddətində kəskin appendisit diaqnozu qoyulandan sonra apandektomiya keçirən 162 xəstənin iştirakıyla araşdırma aparıblar. 102 xəstədə qanqrenoz appendisit diaqnozu təsdiqlənib.  Alimlər, artan ümumi bilirubin sayının və həmçinin kompüter tomoqrafiyasından istifadə edərək apendiksin ətrafında yağ yığılmasının aşkarlanmasının 98.9% həssaslığı ilə qanqren appendisiti proqnozlaşdırdığını müəyyənləşdiriblər.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner