Banner
Banner

Xəstəliklər

Tibb elminin əlində aciz qaldığı - XƏSTƏLİKLƏR

Tibb elminin əlində aciz qaldığı - XƏSTƏLİKLƏR
09:27 23 Mart 2021

Elm tibb sahəsində kifayət qədər nailiyyətlər əldə edib. Bir çox xəstəliklərin müalicəsi, səbəbi və izahı tapılsa da, hələ də həkimləri çaş-baş salan və çarəsi tapılmayan xəstəliklər bəşəriyyəti düşündürməkdə davam edir.

Tibb.fed.az əlacı tapılmayan və dünyada çox az təsadüf olunan xəstəlikləri təqdim edir.

Elmi adı “letargik ensefalit” olan beyin iltihabı.

Bu xəstəlik XX əsrdə peyda olarkən bir çox insanları dəhşətə gətirmişdi. Əvvəlcə xəstələrdə hallüsinasiya qeydə alınır, sonda isə onlar iflic olurdular. İlk baxışdan xəstənin yuxuda olması güman edilirdi, lakin əslində bu insanların şüuru üzərində olur. Bir çoxları bu xəstəlikdən vəfat edirdi. Sağ qala bilənlər isə həyatının sonuna kimi Parkinson xəstəliyinə düçar olurdu. Son zamanlar bu xəstəlik özünü göstərmir. Lakin epidemiyanın yaranma səbəbləri hələ də məlum deyil.

Kəskin mielit

Mielit onurğa beyninin iltihabıdır. Bu xəstəlik uşaqlarda nevroloji problem yaradaraq iflic vəziyyətə salır. Xəstəlik əleyhinə vaksin tapıldıqdan sonra həkimlər mielitə qalib gəldiklərini güman etdilər. Buna baxmayaraq, xəstəlik hələ də dünyanın müxtəlif yerlərində tüğyan etməkdədir.

"Partlayan baş" sindromu

Bu xəstəliyə yoluxan insanlar beynində möhkəm səslər və partlayışlar eşidirlər. Bəzən isə bu insanlar işıq qığılcımlarını da görürlər.  Həkimlər isə hələ də, bu səs və işıq effektlərinin haradan qaynaqlandığını tapa bilmir. Az tədqiq edilmiş xəstəliyin yuxu pozuntusu ilə əlaqəli olması ehtimal olunur.

Qəfil uşaq ölümü sindromu

Bu xəstəlik tamamilə sağlam uşağın qəfil ölümü ilə müşayiət olunur. Bəzən isə körpə yuxuda ikən vəfat edir. Bu sindromun yaranma səbəbləri hələ də məlum deyil.

Suya qarşı allergiya

Bu xəstəlikdən əziyyət çəkən insanların dərisi suya qarşı həssas olur. Belə ki, su ilə təmas insanlarda xəstəlik yaradır. Bununla belə, suya qarşı allergiya nadir hallarda rast gəlinir. Hazırda bu xəstəlik 50-yə yaxın adamda qeydə alınıb.

Braynerd ishalı

Bu xəstəlik ilk dəfə qeydə alındığı şəhərin şərəfinə adlandırılıb (ABŞ-ın Minnesota ştatında yerləşən Braynerd şəhəri). Xəstəliyə düçar olan şəxslər gün ərzində 10-20 dəfə ayaqyoluna qaçırlar. İshal insanlarda ürəkbulanma, qıcolma və yorğunluqla müşahidə olunur.

Allotriofagiya

Bu xəstəliyə düçar olan insanlar yeməli olmayan əşyaları yeməyə meylli olurlar. Belə ki, xəstələr qida əvəzinə çirk, yapışqan, əhəng, torpaq və insan ağlına gəlməz əşyalar yeyirlər. Həkimlər bu xəstəliyin yaranma səbəbini və müalicəsini tapa bilməyib.

“Göy dəri” sindromu və ya akantokeratodermiya

Göy dəri sindromu qoyulmuş xəstələrin dərisi, həqiqətən də, göy rəngdə olur. Ötən əsrdə ABŞ-ın Kentukki ştatında yaşayan bir ailənin bütün üzvlərinin rəngi göy olub. Bu ailəyə Göy Füqeyt adı qoyulmuşdu. Maraqlısı odur ki, ailə üzvlərində göy dəri irsi xəstəliyindən başqa heç bir xəstəlik qeydə alınmayıb. Bu azmış kimi, ailə üzvlərinin əksəriyyəti 80 ildən çox yaşayıb.

Progeriya

Bu xəstəliyə tutulan uşaqlar 90 yaşlı insanlara bənzəyirlər. Progeriya insanın genetik kodunda baş verən qüsur zamanı baş verir. Progeriya xəstələrinin çoxusu 13 yaşında vəfat edir. Bununla belə, progeriya nadir rast gəlinən xəstəlikdir. Belə ki, progeriya irsi olduğu üçün yer üzündə 48 insanda qeydə alınıb.

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner