Banner
Banner

Xəstəliklər

Qalxanabənzər vəzi olmasa – NƏLƏR OLAR?  

Qalxanabənzər vəzi olmasa – NƏLƏR OLAR?   
11:24 25 May 2021

2009-cu ildən etibarən mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir. Bu tarix qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tireoid Assosiasiyasının təşəbbüsü ilə təsis olunub.

Tibb.fed.az bildirir ki, ölkəmizdə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd edilməyə başlanılıb. Məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzin problemlərinə cəlb etməkdir.

Tibbi statistikaya əsasən, dünya əhalisinin üçdə biri qalxanabənzər vəzinin fəaliyyətinin pozulması nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən əziyyət çəkir. Böyüklərin təxminən 30 faizinin boğaz nahiyələrində düyünlər müşahidə edilir. Yod çatışmazlığından əmələ gələn qalxanabənzər vəzinin böyüməsi isə insanların 10-30 faizində rast gəlinir.

Qeyd edək ki, qalxanabənzər vəzi boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşən təxminən 20-25 qr ağırlığında bir endokrin sistem vəzisidir. Bu vəzin istehsal etdiyi hormonlar (T3 və T4) sayəsində orqanizmin metabolizması adətən bir mexanik saat kimi işləyir. Qalxanabənzər vəzi tireoid hormonları hasil edir və həmin hormonlar bütün orqanizmin fəaliyyətinə təsir göstərir – maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımını və orqanizmin inkişaf prosesini və sair tənzimləyir. Qalxanabənzər vəzi ümumi hormonal sistemin “dirijoru” adlandırlır. Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına aparıb çıxarır.

Qalxanabənzər vəzin müxtəlif xəstəlikləri (zob) zamanı, onun funksiyası pozulur və nəticədə orqanizmamızda bəzi dəyişikliklər baş verir.

Qalxanabənzər vəzin istehsal etdiyi hormonlar insanın bütün orqan və sisteminə öz təsirini göstərir.

Qalxanabənzər vəzimiz olmazsa və ya funksiyası pozularsa nə baş verər?

-Qadınlarda hamilələlik problemləri baş verər.

-Hamiləlik dövründə ana bətnində olan uşağın orqanları, həmçinin beyni inkişaf etməz (zəka geriliyi).

-Uşaqlarda boy artımı normal olmaz.

-İnsanlarda reproduktiv fəaliyyət pozular (sonsuzluq baş verər).

-Metabolizmamız pozular və nəticədə, yorğunluq-halsızlıq, qan azlığı, çəki azalması-çoxalması, saçlarda tökülmə, tərləmə, soyuğa-istiyə davamsızlıq, ürək fəaliyyətinin pozulması və s. bu kimi bir sıra patoloji dəyişikliklər baş verir.

Qalxanabənzər vəzi xəstəlikləri əsasən orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir. Yod elementi insan orqanizminin fəaliyyəti üçün çox böyük əhəmiyyət daşıyır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner