Banner
Banner

Xəstəliklər

Podaqranın qarşısını necə - ALMAQ OLAR?

Podaqranın qarşısını necə - ALMAQ OLAR?
10:08 31 Mart 2021

Podaqra nədir?

Podaqra keçmişdə yalnız yüksək təbəqəli insanlarda rast gəlindiyi üçün "Krallar xəstəliyi" adlanırdı.Həddən artıq qida və içki qəbulu bu xəstəliyi yaradır. Qidadan aldığımız purinlər uratlara çevrilirərək oynaqlara toplanır, kristallaşaraq oynaqlarda ağrılı artritə səbəb olur. Tarixboyu ən çox rast gəlinən xastəliklərdən biridir

Tibb.fed.az podaqranın simptomları və müalicəsini təqdim edir.

Simptomlar

Ağrılı, qızartılı, şişkin oynaqlar ilə xarakterizə olunur. Daha çox ayaq baş barmağında rast gəlinsə də, ayaq əl biləklərində, dirsəklərdə yarana bilər. Ani başlayan ağrılar saatlar, bəzən günlərlə davam edir. Nadir hallarda ağrı həftələrlə uzanır. Podaqrası olan insanlarda illərlə təkrar tutmalar ola bilər. Podaqra kişilərdə daha çox rast gəlinir. Qadınlarda menopauzadan sonra yarana bilir.

Podaqrada risk faktorları nələrdir?

Piylənmə, gənc yaşlarda artıq çəki, orta və ya həddan artıq alkoqol qəbulu. Bəzi dərman qəbulu və xəstəliklər də oynaqlarda urat toplanmasına səbəb olur.

Podaqra müalicə edilmədikdə uratlar oynaqlara, bağlara və digər toxumalara zərər verir. Podaqra şikayətləri ilə həkimə müraciət etdikdə oynaqdan aspirasiya olunmuş mayedə uratlar araşdırılaraq diaqnoz qoyulur. Proses lokal anesteziya ilə həyata keçirilir. Eyni zamanda uratların qandaki miqdarı da ölçülməlidir.

Podaqranın qarşısını almaq üçün nələr etmək olar?

Çoxlu su qəbul edərək kəskin ağrılı atakların qarşısını almaq olar. Bundan əlavə alkoqollu içki qəbulunu dayandırmaq lazımdır. Belə ki, alkoqol böyrəklərin funksiyasını pozaraq bədəndə uratların toplanmasına səbəb olur. Bundan başqa qidalanmaya diqqət edərək podaqranın qarşısını almaq olar. Dəniz məhsulları və qaraciyər, beyin, böyrək kimi purin ilə zəngin qidalar riski artırır.

Podaqranın müalicəsi

Podaqra müalicəsi zamanı ağrıkəsici preparatlardan istifadə edilir. Bunlar simptomatik müalicədir və problemi həll etmir. Podaqranın müalicəsində ən effektiv Podaqralan kremidir. Tərkibi - naftalan yağı mikropsulları ekstraktı, lanolin, emulqator, su, günəbaxan yağından ibarətdir. Krem iltihab əleyhinə təsir göstərərək oynaqdakı ağrıları kəsir, qanda sidik cövhərinin səviyyəsini normallaşdırır və böyrəklərin onu süzməsini stimullaşdırır, orqanizmdəki maddələr mübadiləsini yaxşılaşdırır, duz yığılmasının qarşısını alır. Gündə iki dəfə səhər və axşam ağrılı oynaqların (xüsuli ilə ayaqdakı baş barmaqlara) işildayan və qızaran yerlərə krem çəkilir.         

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner