Banner
Banner

Xəstəliklər

Öd daşları nədən yaranır - SƏBƏBLƏRİ

Öd daşları nədən yaranır - SƏBƏBLƏRİ
13:15 29 Aprel 2021

Öd daşları barədə nələri bilirik? Hansı ağrılar bu xəstəliyə işarədir?

Tibb.fed.az Salyan rayon Mərkəzi Xəstəxanasının həkimlərinin hazırladıqları mətni təqdim edir.

“Gecə qarında ağrılar, qızdırma, ürəkbulanma, qusma ilə oyanıb təcili yardım çağıraraq xəstəxanaya gətirilirsiniz. Müayinələrdən sonra diaqnoz təyin edilir: daşlı xolesistit. Açıqlaması: öd kisənizdə daşlar var və bu səbəbdən öd kisəsinin iltihabı yaranıb.

Daha bir misal. Qidalanmadan sonra qarında,xüsusən də sağ qabırğaaltı nahiyyədə olan ağrılardan, ağrıların belə, sağ çiyinə, sağ kürək sümüyünün alt hissəsinə yayılmasından şikayətlənirsiz.Yanaşı olaraq şişkinlik, qaz, ürəkbulanma kimi şikayətlər də görülür. Yenə də səbəb öd daşı xəstəliyi ola bilər.

Bundan başqa orta yaşlı, artıq çəkili birisinizsə, anamnezdə gizli şəkər, xolesterin, qaraciyər piylənməsi, yüksək təzyiqlə bağlı məlumat varsa, öd daşı xəstəliyinin olma ehtimalı daha da artır.

Öd daşı nədir, nədən və necə yaranır,necə qarşısını almaq olar və ya müalicəsi necə aparılır?

Öd daşlarının yaranma səbəbləri:

● Bəzi qan xəstəlikləri

● Ödün qatılaşması

● Öd yolunun tıxanması

● Qanda bəzi maddələrin həddən artıq yüksəlməsi

Yaş artdıqca, kilo və qanda xolesterinin səviyyəsi artdıqca daş əmələ gəlmə riski artır. Qadınlarda (xüsusən ağ dərili, sarışın, artıq çəkili, çox doğum etmişlərdə) bu risk daha da artır. Ailə anamnezi də xüsusi faktorlardan hesab olunur.

Qidaların və içkilərin bilavasitə daşın əmələ gəlməsində rolu sübut olunmayıb. Ancaq artıq öd daşı varsa, bəzi qidalar (xüsusən yumurta, yağlı qidalar, alkoqol) öd daşının ağrı verməsinə səbəb ola bilər.

Öd daşının əlamətləri:

Mədəyə, sinəyə, kürəyə (kürək sümüklərinin arasına) yayılan şiddətli ağrılar, şişkinlik, gəyirmə, ürəkbulanma kimi şikayətlər ola bilər. Ancaq bu şikayətlər əsasında diaqnoz təyin etmək doğru deyil. Bu şikayətlər həm də ürək-damar xəstəlikləri, qastrit, kolit, pankreatit kimi bir çox xəstəliklər zamanı da rast gəlinir.

Diaqnostikası:

Ultrasəs müayinəsi vasitəsilə xəstələrin 98%-də diaqnozu təyin etmək mümkündür.

Müalicəsi cərrahidir. Qapalı üsul ilə (laparoskopik) əməliyyat olunmuş xəstələr əməliyyatdan 2-3 gün sonra işinə geri qayıda bilir.

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner