Banner
Banner

Xəstəliklər

Miqreni sürətləndirən – 10 AMİL

Miqreni sürətləndirən – 10 AMİL
15:33 22 Aprel 2021

Miqren müalicəsi mümkün olmayan nevroloji xəstəlikdir. Bu xəstəliyə kişilərlə nisbətdə qadınlarda daha çox rast gəlinir. Tibb.fed.az bildirir ki, qadınların təxminən 20 faizi, kişilərin isə 8 faizi miqrendən əziyyət çəkirlər. Cəmiyyətdə nə qədər insan baş ağrısından şikayət edir? Baş ağrısı cəmiyyətdə ən çox görülən şikayətlərdən biridir. Baş ağrısı şikayəti olanların nisbəti cəmiyyətdə yüzdə 90-a çatır. Bütün baş ağrısının yüzdə 90-ı miqren və gərginlikdir.

Miqrenin əlamətləri hansılardır?

-Ümumiyyətlə ağrı başın bir tərəfində olur

-Ağrı çırpınır, orta və ya şiddətlidir

-Ürək bulanması, qusma baş verir

-Böhranlarda (hücumlarda) gəlir

-Ağrı 4 ilə 72 saat davam edir

-Görmə pozğunluqları ağrının başlanğıcında baş verir (aura tipli)

-Ağrı baş hərəkətləri və fiziki fəaliyyət ilə artır

- Miqren problemi olan şəxsləri işiq və səs narahat edir

Miqren xəstəliyi neçə növə bölünür?

Ümumiyyətlə bu xəstəlik iki qrupa bölünür: Auralı və aurasız. Miqrenlərin yalnız 10 faizində aura var.

Bəs miqren hansı səbəblərdən yaranır?

Miqrenin beyində dəqiq hansı hissədə və necə meydana gəldiyi hələ də elm dünyası üçün bir sirdir. Bununla birlikdə, müasir araşdırmalar yerində diaqnoz ilə aparılır. Qədim sivilizasiyalarda “insanı dəli edəcək ağrı” kimi tanınan miqrenin bu günlərdə simptomları ilə yanaşı, ağrıları aradan qaldırmaq üçün də yolları araşdırılıb.

Miqreni sürətləndirən amillər hansılardır?

-Havanın çirkliliyi

-Siqaret tüstüsü

-Parlaq işıq və ya titrəyən işıq

-Yüksək və davamlı səs

-Ətir qoxusu, digər güclü qoxular və kimyəvi maddələr

-Hava şəraitindəki dəyişikliklər (təzyiq, temperatur və rütubət dəyişikliyi)

-Mövsümi dəyişikliklər (payız və baharın ən pis vaxtları)

-Aclıq, yeməkdən imtina etmək

-Çox və ya çox az yuxu, yuxu rejimindəki narahatlıqlar

-Hava səyahəti

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner