Banner
Banner

Xəstəliklər

Limfa düyünləri hansı halda böyüyür – HƏKİM AÇIQLAMASI

Limfa düyünləri hansı halda böyüyür – HƏKİM AÇIQLAMASI
13:47 27 Aprel 2021

Son illər limfa düyünlərinin böyüməsi səbəbilə bağlı həkimlərə müraciətlərin sayı artıb. Limfa vəziləri orqanizmi müdafiə edən bir sistemdir. Ümümiyyətlə, orqanizmdə 600-ə yaxın limfa düyünü vardır. Bunlardan çənəaltı, qoltuqaltı, qasıq limfa düyünləri əllə palpasiya oluna bilər.

Tibb.fed.az hematoloq Ələmdar Cəfərova istinadla  limfa düyünlərinin funksiyaları və səbəblərindən yazır:

Limfa düyünlərinin böyüməsi tibb elmində limfadenopatiya adlanır.

Limfa düyünlərinin funksiyaları

1.İmmun cavab - yəni orqanizmə  düşmüş  antigenə qarşı  limfositlər (B və T limfosit) tərəfindən cavab limfa düyünlərində verilir.

2.Süzgəc funksiyası – orqanizmə düşmüş mikro orqanizmlər, yad maddələr makrofaqlar tərəfindən faqositoza uğradılır. Yəni orqanizmi yad maddələrdən təmizləyirlər.

Limfa  adenopatiya - limfa düyünlərinin müxtəlif  səbəblərdən böyüməsidir. Normal halda limfa düyünün  ölçüsü 1 sm-ə qədər olur. Lakin hər hansı infeksiya nəticəsində belə limfa vəziləri böyüyə  bilir. Bu infeksiyalardan virus, bakteriya, göbələk, parazitar mənşəli ola bilər.

Limfa düyünün böyüməsi və iltihabı "limfadenit" adlanır. Limfadenit irinli ola bilər. İrinli limfadenitin əsas simptomları limfatik düyünün böyüməsi və ağrılı olması, bu yerdə olan dərinin qızarması, bədən hərarətinin yüksəlməsi, ümumi zəiflik. Vaxtında müalicə olunmadıqda (cərrah müalicə edir) irinli limfadenit ağır fəsadlar verə bilər. Bu zaman limfatik düyünün qişası yırtılır və burada yığılmış irin ətrafdakı toxumalara yayılır. Buna fleqmona deyilir.

Uşaqlarda limfa düyünləri daha tez-tez hallarda böyüyür. Bəzən uşaqlarda limfa düyünləri uzun müddət ərzində böyümüş vəziyyətdə qalır. Əksəriyyət hallarda bu heç bir ciddi problemin göstəricisi deyil və uşaqların immun sisteminin qeyri-yetkin olduğundan irəli gəlir. Lakin hər halda uşaqda limfa düyünləri keçirilmiş xəstəlikdən sonra 1 ay ərzində böyümüş şəkildə qaldıqda onu pediatra göstərin.

Hansı  Böyümüş limfa düyünlərinə diqqət yetirmək lazımdır?

1. Submandibular və submental limfa düyünləri

2.ön və arxa boyun limfa düyünləri

3.Körpücükaltı limfa düyünləri

4.Qoltuqaltı limfa düyünləri

5.Qasıq limfa düyünləri

6.Mediastinal (divar aralığı) limfa düyünləri

LAPIN  təsnifatı  

Yayılmasına görə: yerli və yayılmış

Böyümüş limfa düyünlərinin səbəbləri

1.Neoplastik (şiş mənşəli) -    xərçəng metastazları və qanın bədxassəli şiş xəstəlikləri (hoçkin,non hoçkin limfomalari, leykemiyalarda)

2.İnfeksion - yerli və sistem, akut (kəskin) və  xroniki  infeksiyalar (vərəm, bruselloz,difteriya) digər təsnifat törədicilərinə görə: virus mənşəli, bakterial, göbələk və s. mənşəli

3.İmmunoloji – kollagen toxuma xəstəlikləri, Şöqren sindromu

4. digər – sarkoidoz, endokrinoloji, lipid depo xəstəlikəri

5. dərmanlar – allopurinol, karbamazepin, qızıl preparatları, sulfanamidlər, fenitoin və s.

Həkimin sözlərinə görə, səbəbi nə olursa, olsun, böyümüş hər bir limfa düyünün böyümə səbəbi mütləq araşdirilmalidir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner