Banner
Banner

Xəstəliklər

Hipotiroiddə necə - QİDALANMALI?

Hipotiroiddə necə - QİDALANMALI?
15:29 6 İyun 2021

Hipotiroid nədir?

Hipotiroid yavaş irəliləyən xəstəlikdir. Bəzən bu xəstəliyin başladığı dövrdən, illər sonra əlamətləri aşkarlanır.

Tibb.fed.az bildirir ki, bəzi xəstələrdə simptomların erkən aşkarlanması mümkündür. Xəstədə xroniki yorğunluq olur. Bundan başqa soyuğa qarşı çox həssaslaşır. İnsan aynaya baxdıqda özündəki dəyişiklikləri görməyə bilər, ancaq uzun müddət özünü görməyən insan dəridə və üzündə fərqi hiss edə bilər: quru dəri və saç, üzdə şişkinlik tipik əlamətlərdir. Hətta səsində dəyişikliklər ola bilər.

Bu fiziki əlamətlərin aşkarlanmasından sonra qan təhlilləri təyin edilir. Bu müayinələrdə tiroid hormonlarının səviyyələrinə baxılır və nəticələrə əsasən orqanizmdə çatışmayan hormon dərman vasitəsi ilə alınır.

Qalxanabənzər vəzi olmasa – NƏLƏR OLAR?  

Bəs hipotiroiddə necə qidalanmaq lazımdır?

Endokrinoloq Fərhad Burzu pəhriz proqramında aşağıdaki qaydalara riayət etməyi məsləhət görür:

-Gündə 35-40 dəqiqə idmanla məşqul olmaq. Stress hormonu kortizol tiroidin funksiyalarına mənfi təsir edir və idman məşğələləri stresi aradan qaldırmaqda böyük rol oynayır.

-Tiroid xəstələrində şişkinlik (ödəm) problemi olduğu üçün təmiz su içmək mütləqdir. Gündəlik norma 2-2,5 l içilməlidir.

-Kafein tərkibli qidalardan (qəhvə, çay, şokolad) uzaq durmaq. Araşdırmalara görə hipotiroid xəstələrin 30%-də anemiya aşkarlanır, bu səbəbdən dəmirlə zəngin qırmızı ət, yumurta, bəhməz, quru meyvələr, yaşıl tərəvəzlər gündəlik rasionda bol olmalıdır.

-Hipotiroid xəstələrində xolesterol səviyyəsi yüksək olduğundan xolesterolu az olan, Lif İlə zəngin olan məhsullar yeyilməlidir, ancaq normadan artıq Lif qəbul edildikdə tiroid hormonlarının sovrulması zəifləyir.

Hipotiroidin səbəbi yodçatışmazlığı olduğuna baxmayaraq əlavə yod qəbulu tövsiyə edilmir, ancaq yodlu duz istifadə olunmalıdır və yeməklərə sonradan əlavə edilməlidir. Zob əmələ gətirən qida elementlərinin normadan çox qəbulu yodun sovrulmasını zəiflədir. Bu səbəbdən kələm, gül kələmi, brüssel kələmi, yer fıstığı, şalğam, soya lobyası, turp çox və çiy olaraq yeyilməməlidir. Bu məhsulları bişdikdən sonra tərkibində Zob əmələ gətirən maddələr azaldığı üçün bişmiş yemək tövsiyə olunur.

Selenium T4-ün T3-ə çevrilməsində cavabdeh olan deyodinaz fermentin quruluşunda olduğu üçün onun çatışmazlığında tiroid funksiyaları pozulur. Seleniumu təmin etmək üçün balıq, dana qaraciyəri, dana əti, hinduşka əti, mərcimək, küncüt, qoz, göbələk, tam taxıllar uyğun miqdarda istifadə edilməlidir. Kadmiumun çox miqdarı seleniumu orqanizmdən xaric edir. Omeqa 3 tiroid funksiyalarına müsbət təsir göstərdiyi üçün həftədə 2-3 dəfə balıq yemək lazımdır.

Ağır hipotiroid xəstələrində dərinin rəngi sarımtıl olmasının karotinin azaldılması ilə qarşısını almaq olar.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner