Banner
Banner

Xəstəliklər

Heyvanlardan insana keçən - 14 XƏSTƏLİK - SİYAHI

 Heyvanlardan insana keçən - 14 XƏSTƏLİK - SİYAHI
20:39 25 Fev 2021

Artıq bir ildən çoxdur ki, bütün dünya yarasadan insana keçən koronavirusdan əziyyət çəkir. Bunun nəticəsidir ki, insanların əksəriyyəti onsuz da indiyədək də sevilməyən bu canlıya dəhşətlə baxırlar. Amma xəstəliklər təkcə yarasadan keçmir.

Tibb.fed.az xəbər verir ki, bizim hər gün gördüyümüz, hətta evdə saxladığımız və dəfələrlə toxunduğumuz heyvanlar və canlılar da insanlara təhlükəli xəstəliklər keçirə bilərlər.

İnəklər

Sibir xorasının sporları (bəzi ibtidai bitki və heyvanlarda cinsiyyətsiz çoxalma orqanı) heyvanların dəri və tüklərində gizlənə bilir və insanlar onlarla nəfəs alaraq yoluxur. Sibir xorasına yoluxma ən çox məhz qonur inəklərdə baş verir.

Hörümçəklər

Hörümçəkkimilərin də aid olduğu buğumayaqlılar arbovirus daşıyıcılarıdır. Ən tanınmışları v, – ensefalit (beyin xəstəliyi) və Denqe qızdırmasıdır.

Pişiklər

İndi evində pişik saxlayanların sayı sürətlə artır, bunu arzulayanlar isə dəfələrlə çoxdur. Amma yadda saxlayaq ki, pişiklər insanlar arasında toksoplazmozun əsas yayıcıları sayılırlar. Qayda üzrə, bu gün bu xəstəlik simptomsuz keçir və insan üçün təhlükə doğurmur, amma kəskin formada olanda hamilələrdə dölün tələf olmasına səbəb ola bilər.

Ördəklər

Hamının sevimlisi olan su quşları – 2000-ci illərin ikinci yarısında alovlanması az qala pandemiyaya keçən quş qripi daşıyıcılarıdır. Düzdür, ördəkdən insana nadir hallarda birbaşa yoluxma olur – infeksiya əvvəlcə toyuqlara, sonra isə insanlara keçə bilər.

Göyərçinlər

İstanbula gedənlərin əsas arzusu və dəyişməz məşğuliyyyəti Taksim meydanındakı sevimli göyərçinləri yemləmək, hətta bəxti gətirsə, əlində tutmaqdır. Amma bu zaman unutmayaq ki, böyük şəhərlərin ən geniş yayılmış quşları – Cryptocuccus neoformans adlandırılan maya göbələklərinə səbəb olan xəstəliklərin, kriptokokkozun daşıyıcılarıdır.

Tülkülər

Gözəlçə-tülkülər insanı quduzluqla mükafatladıra bilərlər. Düzdür, insanlar quduzluğa ən çox bu infeksiyanı öz növbəsində meşənin vəhşi sakinlərindən almış itlər vasitəsilə yoluxur.

Marmotlar

Şirin yumşaq tüklü varlıqlar – bəşəriyyət tarixində ən qorxulu xəstəliklərdən birinin – bubon vəbasının daşıyıcılarından biridir. 2020-ci ilin yayında bu xəstəliyin yerlı qığılcımı Monqolustanda baş verdi.

Sıçanlar

Gəmiricilər insanlara ötürülən və hemorragik qızdırma (böyrək sindromlu hemorragik qızdırma – kəskin virus xəstəliyi olub, intoksikasiya sindromu, hemorragiya əlamətləri, böyrəklərin zədələnməsi ilə özünü göstərir) yarada bilən hantavirus daşıyıcılarıdır. 2020-ci ilin martında Çində hantaviruslu bir kişi avtobusla işə gedərkən dünyasını dəyişəndə az qalmışdı ki, bu xəstəlik barəsində şayiə yayılsın.

Gənələr

Bu buğumayaqlıların təhlükəli olması çoxdan məlumdur. Gənələrlə rastlaşarkən yoluxula bilən çoxsaylı xəstəliklər arasında – Laymanın adını çəkmək olar. O sinir sistemini məhv edir.

Tutuquşular

Tutuquşu və digər ev heyvanlarından insana ötürülən psittakozun (yaxud ornitozun) simptomları – orqanizmin zəhərlənməsi, ağciyərlərin, mərkəzi sinir sisteminin zədələnməsi, qaraciyər və dalağın böyüməsidir.

Qoyunlar

Qoyunlara qulluq edən şəxslər çox vaxt atipik pnevmaniya ilə xarakterizə olunan qızdırmaya yoluxa bilərlər.

Toyuqlar

Toyuq əti və ya yumurtasının kifayət qədər termik işlənməməsi, daha sadə desək, yaxşı bişməməsi salmonellezə yoluxmaya gətirib çıxarda bilər. O immuniteti zəif olan yaşlı və uşaqlar üçün xüsusilə təhlükəlidir.

Dələlər

Francisella tularensis bakteriyalarının oyanması ilə oyanan tulyaremiyanı ən şox dələlər və dovşanlar yayır. Xəstəlik qızdırma, orqanizmin ümumi zəhərlənməsi, limfatik düyünlərin zədələnməsi ilə xarakterizə olunur.

Mığmığa

İnsana ötürülən xəstəliklərin sayına görə çempion adına namizədlərdən biri də - ağcaqanadlardır. Onların yaydığı xəstəliklərin siyahısında malyariya ilə yanaşı, məsələn, sarı qızdırmanın da adı var.

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner