Banner
Banner

Xəstəliklər

Hər il 200 milyon insanın yoluxduğu, 500 mini öldürən - XƏSTƏLİK

Hər il 200 milyon insanın yoluxduğu, 500 mini öldürən - XƏSTƏLİK
12:45 25 Aprel 2021

25 aprel Ümumdünya Malyariya ilə mübarizə günü kimi qeyd olunur. 2007-ci ildə Dünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında malyariya ilə səmərəli mübarizə aparmaq barədə qərar qəbul olunub.

Tibb.fed.az bildirir ki, malyariya ağcaqanadlar vasitəsilə yayılan infeksion xəstəlikdir. Ağcaqanad insanı sancdıqda parazit qana keçir və qaraciyər toxumasına daxil olur. Xəstəlik adətən qızdırma, titrətmə, sonrakı mərhələdə isə qaraciyər və dalağın böyüməsinə səbəb olur. Əksər hallarda onun əlamətləri özünü yoluxmadan sonra 10 gün - 4 həftə ərzində büruzə verir, lakin halsızlıq və zəiflik 8 gündən, bəzən də bir ildən sonra hiss edilə bilər.

Hər il dünyada 200 milyon nəfər malyariyaya yoluxur və onun yarım milyona yaxını həyatını itirir. Yoluxmanın 90 faizi əsasən Cənubi Afrika və Saxara əhalisinin payına düşür, lakin Asiya, Latın Amerikası, Yaxın Şərq ölkələrində və bəzi Avropa regionlarında da onunla üzləşənlər olur. Xəstəliyin risk qrupuna daha çox beş yaşınadək uşaqlar daxildir.

Geniş yayılmış infeksion xəstəliklə mübarizə hərtərəfli və birgə mübarizə tələb edir. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə xüsusi proqram qəbul edib. Malyariya günü çərçivəsində xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə müxtəlif tədbirlər keçirilir. Beynəlxalq səviyyədə həmin günün qeyd olunması endemik ərazilərdə təcrübə mübadiləsi aparmaq, əməkdaşlıq etmək və xəstəliklə mübarizədə səyləri birləşdirmək imkanı verir, elmi-tədqiqat müəssisələri və mütəxəssislərin diqqətini xəstəliyin qarşısını almağa yönəldir, eyni zamanda, qüvvələri bu sahədə daha səmərəli yollar axtarılmasına səfərbər edir.

Ötən əsrin 90-cı illərində ölkəmizdə malyariyaya yoluxan xeyli xəstə olsa da, sonuncu dəfə bu xəstəliyə 2012-ci ildə rast gəlinib. Bundan iki il sonra 2 nəfər Azərbaycan üçün xarakterik olmayan tropik malyariyaya tutulub. Aparılan tədbirlər nəticəsində hazırda ölkəmizdə malyariyanın aradan qaldırılmasına nail olunub.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner