Banner
Banner

Xəstəliklər

Ən qorxulu və səbəbi bilinməyən - 10 XƏSTƏLİK

Ən qorxulu və səbəbi bilinməyən - 10 XƏSTƏLİK
12:10 1 May 2021

Tibb elmində səbəbi məlum olmayan bir sıra xəstəlikıər mövcuddur. Əsrlər, illər keçsə də, elm bu xəstəlikləri anlamaqda gücsüzdür.

Tibb.fed.az tibbi mənbələrə istinadla ən qorxulu  və səbəbi bilinməyən xəstəlikləri təqdim edir:

1.Progeriya – Getçinson-Gilford sindromu: uşaqlar 90 yaşlı qoca kim görünür.

Progeriya – genetik kodda baş verən deffekt nəticəsində yaranan xəstəliklərdəndir. Bu xəstəlik praktik okaeaq qarısıalınmaz nəticələr gətirib çıxarır.

Bu xəstəliklə doğulan uşaqların əksəriyyəti 13 yaşına çatana kimi vəfat edirlər. Onların bədənində böyük insanln fiziki inkişafına məxsus xüsusiyyətlər, qocalıq sürətlə baş verir. Əlamətlərdən başlıcası – vaxtından əvvəl dazlıq, sümüklərin nazikləşməsi, artrit və ürək xəstəlikləridir. Xoşbəxtlikdən progeriya az təsadüf olunan xəstəliklərdəndir. Dünyada cəmi 48 nəfərdə rast gəlinir. Amma bəzi məlumatara əsasən, bir ailədə

5 uşağın hamısında bu xəstəlik müşahidə olunub.

2. Fil xəstəliyi. Bədənin hər hans bir hissəsinin hədsiz böyüməsi.

Fil xəstəliyi filarioidea ailəsinə daxil olan qurdlar tərəfindən

törədilən parazitar xəstəlikdir. Bu qurdlar maralların orqanizmində yaşayıb, ağcaqanadlar tərəfindən yayılır. Əgər alimlər maralların orqanizmində bu qurdların qarşısını ala bilsələr, insanlar arasında da bu xəstəliyin də qarşısı alınmış olacaq. Tropik zonalarda rast gəlinən fil xəstəliyi (limfatik filariya) səbəbindən dünyada 120 milyon adam əziyyət çəkir və onlarn 40 milyonunun vəziyyəti ağırdır. Yoluxmuş dişi ağcaqanad insan qanını sorarkən sürfələr qana keçir və bununla da bütün bədənə yayılır. Sürfəlr sasən limfatik toxumaları zədələyir, hansı ki, onların normadan artıq böyüməsinə gətirib çıxarır. Nəticədə bu xəstəlik zamanı qızdırma və güclü ağrılar baş verir. Hipertofiyaya uğramış ayaqlar, əllər, sinə və cinsiyyət orqanları – bu xəstəliyin ümumi simptomlarından sayılır.

3. Hipertrixoz və yaxud qulyabanı: həddən artıq tüklənmə.

Bu xəstəlik üzdə uzun və qara tüklərin çıxması ilə müşahidə olunur. Xəstəlik insanı canavara bənzətdiyi üçün bu xəstəliyə canavar sindromu da deyirlər. Xəstəlik insanın müxtəlif nayihələrinin həddən artıq tüklənməsi ilə büruzə olunur.

4.Göy dəri sindomu və yaxud akantokeratodermiya: “göy insanlar”.

1960-cı illərdə əksər göy insanların ailərləri Kentukki ştatında yaşayıblar. Onlar göy fyugetlər kimi tanınıblar. Onlardan çoxları hər hansı bir ciddi xəstəliklə xəstələnməyib. Dərilərinin rənginin göy olmasına baxmayaraq, onların bəziləri 80 yaşına kimi yaşayıblar. İrsi xəsətlik sayılır. Bu diagnozlu insanlar göy və yaxud indigo, bənövşəyi rəngli dəri ilə başqalarından fərqlənirlər.

5.  Möcüzələr ölkəsində olan Alisa sindromu: zaman, məkan və öz bədəninin təhrif olunması ilə xarakterizə olunur.

Möcüzələr ölkəsində olan Alisa sindromu (AIWS) və yaxud mikropsiya, nevroloji vəziyyətin yüksək dezorientasiyası ilə müşahidə olunur. Bu insanın ətraf mühiti vizual qavramasının dəyişilməsi ilə özünü göstərir. Bu xəstəlikdən əziyyət çəkən insanlar – müxtəlif cür cisimləri, insanları, heyvanları realda mövcud olan ölçüsündən qat-qat balaca və uzaqda durmuş kimi görürlər. Məsələn: Normal ölçülü maşını balaca oyuncaq kimi, iti isə siçovul ölçüsündə.

6. Allotrifaqiya: yemək üçün yararsız olan maddələrin qəbulu kimi xarakterizə olunur.

Bu xəstəliklərdən əziyyət çəkən insanlar, qidalanmaya yararsız cisimləri, maddələri qəbul etməyə davamlı istək yaranır. Kağız, palçıq, yapşıqan, gil və s. Ekspertlər bu xəstəliyin səbəbini və müalicə üsulunu hələ də dəqiq tapa bilməyiblər.

7. Blaşko xəttləri: bədənin hər yerində qəribə zolaqların olması ilə müşahidə olunur.

Blaşko xətləri, 1901-ci ildə alman dermatologu Alfred Blaşko tərəfindən tapılan nadir xəstəliklərdən olub, anatomiya bu fenomeni hələ də heç cür izah edə bilmir. DNT-də genetik dəyişiklik nəticəsində yaranan bu xəstəlik, insanın müxtəlif sahələrində görünən xəttlərin olması ilə özünü göstərir.

8.  Jumping Frenchman pozğunluğu: Gərginləşmə refleksi.

Xəstəliyin əsas əlameti – gözləniləmədən səs eşitdikdə və yaxud nəyisə gördükdə pasientin güclü qorxmasıdır. Bu xəstələr adi insanlardan fərqli olaraq daha çox həyacanlanır. Xəstənin arxasında dayandıqda qışqırmağa, əl-qol atmağa və eyni sözləri təkrar etməyə başlayır. Sakitləşmək üçün çox vaxt tələb olunur. Xəstəlik ilk dəfə Men ştatında yaşayan bir fransızda rast gəlinib. Sonradan dünyanın başqa yerlərində də rast gəlinib.

9. Porfiriya: Vampir xəstəliyi. Günəşə qarşı ağrının yaranması.

Elə adamlar var ki, onlar günəş şüalarından gizlənməyə məcburdurlar. Onlar günəş şüaları altında olarkən, tez bir zamanda dərinin müxtəlif nahiyələrində köpüşüklərin əmələ gəlməsi ilə müşahidə olunur. Dəri “yanmağa” başlayır, ağrı hiss olunur.

10. Canlı meyit sindromu: özlərinin öldüyünə inanan insanlara xarakter xəstəlikdir.

Bu sindrom insanın özünü öldürməyə cəhd göstərməsi və arası kəsilməyən depressiya ilə müşahidə olunur. Onlar hər şeyini, hətta bədəninin bir hissəsini itirməsi barəsində təəssüflənir. Bu xəstələrə elə gəlir ki, onlar ölüb və onlardan qalan ancaq meyitləridir. Bu çaşqınlıq o səviyyəyə kimi progressivləşir ki, xəstə özünün çürümüş bədəninin qoxusunu hiss etdiyini, içəridən qurdların onu yeməsini də bildirir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner