Banner
Banner

Xəstəliklər

Dilin üzərindəki qalın sarı ərp – 5 XƏSTƏLİKDƏN XƏBƏR VERİR

Dilin üzərindəki qalın sarı ərp – 5 XƏSTƏLİKDƏN XƏBƏR VERİR
12:40 12 İyun 2021

Normada dil təmiz, açıq çəhrayı rəngdə olmalıdır. Yüngül ağ ərp də normanın variantı sayılır.

Tibb.fed.az pediatrik qastroentereoloq, hepatoloq Dr.Fərid Məmmədova istinadla bildirir ki, dilin üzərində müşahidə edilən qalın sarı ərpin əmələ gəlməsi bir çox hallarda ciddi pozulmalara işarə edir. Və bu simptoma daha ciddi yanaşmaq lazımdır. Belə ərp çətinliklə təmizlənir və az bir müddətdən sonra yenə dilin üzərini örtür.

Dilin üzərində sarı ərpin səbəbləri:

1. Mədə xəstəlikləri (qastrit, qastroduodenit, xora xəstəliyi). Bu zaman dilin üzərində tünd sarı ərp, ağızdan pis qoxu,  mədədə ağrılar (xüsusilə insan ac olanda, gecə vaxtı), narahatçılıq və s. kimi simptomlar əmələ gəlir.

2. Qaraciyər və öd kisəsi xəstəlikləri.

3. Mədəaltı vəzi xəstəlikləri.

4. Göbələk infeksiyası. Bu simptom immun sistemi zəif olan, uzun müddət ərzində antibiotikləri qəbul edən və şəkərli diabetdən əziyyət çəkən insanlarda tez-tez əmələ gəlir.

5. Disbakterioz. Bağırsaqların normal mikroflorasının pozulması.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner