Banner
Banner

Xəstəliklər

Daxili orqanların dəyişikliyinə belə səbəb olan – RAXİT XƏSTƏLİYİ

Daxili orqanların dəyişikliyinə belə səbəb olan – RAXİT XƏSTƏLİYİ
13:41 6 Aprel 2021

Raxit intensiv böyüməkdə olan uşağın ümumi xəstəliyidir. Raxitlə uşaqlar həyatlarının ilk aylarından etibarən 1-2 yaşa qədər üzləşirlər.

Tibb.fed.az bildirir ki, raxit xəstəliyi qış aylarında və ya yarımçıq doğulanlar, qeyri-düzgün qidalananlar arasında daha çox rast gəlinir. Bu xəstəlik sümük, əzələ, sinir sistemi, ağır hallarda isə daxili orqanların dəyişikliyi ilə xarakterizə olunur. Əsasən kalsium-fosfat mübadiləsinin pozulması nəticəsində sümüklərdə osteomalyasiya, yani sümük yumşalması, əmgəklərin gec bağlanması, dişlərin gec çıxması, gec oturması və gəzməsi, tez-tez xəstələnməsi müşahidə olunur. Raxitəbənzər xəstəliklərlə raxitlə intensiv böyüməkdə olan uşaqlar xəstələnir. Bu hal bir sıra genetik determinə olunmuş xəstəlikləri özündə birləşdirərək, mineral duzların, xüsusilə kalsium-fosfat mübadiləsinin pozulması nəticəsində əmələ gəlir. Raxitəbənzər xəstəliklər qruplara ayrılır.

Yalnız anadan keçən irsi xəstəlik - DAUN SİNDROMU

Yaranma səbəblərinə görə isə raxit iki qrupa bölünür:

1. Alimentar

2. Günəş şüası defisitilə bağlı (B zona UBŞ şüalar)

Alimentar amillər – qidalanma pozğunluqları, disbakteriozlar, mədə-bağırsaqda sorulma funksiyalarının pozulmaları.

Günəş şüası defisitilə bağlı amillər – UBŞ şüasının az qəbul edilməsi. Ekoloji faktorlarla əlaqədar uşaqlarda qaraciyər və böyrəklərdə vitamin D fəal metobolitlərinin sintezinin az olması ferment çatmazlığı əsas rol oynayır. Bundan başqa yarımçıq doğulmuş uşaqlar, az hərəkətli uşaqlar, ana bətnində plasentar çatmazlıqlar, qıcolma əleyhinə preparatların qəbulu raxit xəstəliyinə səbəb ola bilər.

Raxitin müalicəsi

Müasir biliklərə əsasən D3 vitamininə üstünlük verilməlidir (effekti D2 vitaminindən daha yaxşıdır).

Raxitin profilaktikası üçün tövsiyə edilmiş yaşa uyğun gündəlik dozaya əlavə olaraq 50 µq/gün (= 2 000 vahid/gün) terapevtik dozada D3 vitamini verilməlidir.

Eyni zamanda adekvat dozada kalsium təyin edilməlidir. Bu uşağın gündəlik olaraq 0.5 litr və daha çox miqdarda süd qəbul etməsi ilə əldə edilir. Kalsium qəbulu kifayət deyilsə, xəstəyə oral kalsium preparatları təyin edilməlidir. Bu preparatlar ən azından 2 həftə müddətinə 4 dəfəyə bölünmüş şəkildə 50 mq/kq/gün dozada verilməlidir. 2 həftədən sonra dozalanma ilkin cavaba əsasən təyin edilməlidir.

Simptomatik hipikalsiemiyanın müalicəsi mütəxəssisin müdaxiləsini tələb edir.

Təqib

Müalicəyə cavab hər zaman plazmada kalsium, fosfor və qələvi fosfatazanın səviyyəsinin ölçülməsi ilə yoxlanılmalıdır.

-2 həftədən sonra (sümük metabolizminin sürətli olması səbəbi ilə qələvi fosfataza səviyyəsi hələ də yüksək qala bilər)

-3 aydan sonra (həmçinin paratiroid hormon konsentrasiyası təyin edilməlidir).

-Müalicə başlanandan 3-6 ay sonra biləyin rentgeni çəkilir. D vitamin ilə müalicə effekt verməzsə raxitin digər nadir formalarını araşdırmaq üçün əlavə müayinələr etmək lazımdır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner