Banner
Banner

Xəstəliklər

Bunları etsəniz, qaraciyəriniz - PİYLƏNMƏZ

Bunları etsəniz, qaraciyəriniz - PİYLƏNMƏZ
13:03 3 May 2021

Həyat şəraiti və qeyri-sağlam qidalanma vərdişləri qaraciyər yağlanmasına səbəb olur.

Tibb.fed.az tibbi mənbələrə istinadla bildirir ki, tez-tez yaranan baş ağrıları, xroniki yorğunluq, bədənin hər hansı yerində çıxan sızanaqlar, dəridə əmələ gələn həddən artıq piylənmə qaraciyər yağlanmasının ən mühüm əlamətləri arasında yer alır.

Qaraciyər yağlanmasını yox edən qidalar

1.Səhər yeməyində bir ədəd yaşıl alma

Ekspertlərə görə, yaşıl alma qandakı şəkər səviyyəsini aşağı salmağa kömək edir. Alma antioksidantlar baxımından olduqca zəngin olduğu üçün qaraciyər üçün ən yaxşı detoks meyvəsidir.

2.Limon suyu

Limon suyu tərkibindəki antioksidantlar sayəsində qaraciyərə detoks təsiri göstərir. Odur ki, günə bir stəkan limonlu su içərək başlayın.

3.Avokado

Bir avokado gündəlik qida ehtiyacınızın bir hissəsini ödəyir. Eyni zamanda da bədəndə yığılan zərərli yağ turşularını yox edərək qaraciyər yağlanması problemini aradan qaldırır. Ancaq gündə birdən çox avokado yemək olmaz.

Qaraciyərin bərpasına kömək edən - QIDALAR

Qaraciyər piylənməsi varsa, nə etməli?

1. Siqaret, alkoqol, yağlı yeməklər, kimyəvi dərmanlar, marqarin və rafinə olunmuş ərzaqlar azaldılmalıdır.

2. Hər gün 2 saat açıq havada yeyin-yeyin gəzməli, bol su içməli, çay və qəhvə az içilməli, acımadan yeməməli, doymadan yeməkdən durmalı, bol-bol göyərtilər yeməli.

3. İstifadə olunan yağlar zeytun yağı ilə əvəz olunmalı, yeməkdən yarım saat əvvəl təzə salatlar yeyilməlidir.

Qaraciyər piylənməsinin səbəbi nədir?

Qaraciyərdə piy toxuması olmur, yalnız qaraciyərin ətrafları əvvəlcə piylənməyə başlayır, qarın piyləri əmələ gəlir, sonra yavaş-yavaş qaraciyər sıxılır və əlamətləri başlayır. Əvvəlcə yeməkdən sonra köpmə başlayır, sonra ürəkbulanma, sonra bəzi hallarda qusma, sonra sağ qaraciyəraltı nahiyədə ağrılar və qaraciyərin bərkiməsi.

-Yaxşı olar ki, insan yediyi yeməyə və işlətdiyi enerjisinə diqqət etsin.

-Əgər sən bir oturumda 5 adamın yeməyini yeyirsənsə, onda 5 adamın işini də görməlisən ki, qaraciyərin piylənib sıradan çıxmasın.

-Normalda, insan həmişə aktiv hərəkəti, açıq havada qalmağı özünə bir vərdiş etməlidir.

-Alkoqol və siqaret qaraciyərin birinci düşmənləridirlər.

-Həddindən çox kimyəvi dərman qəbulu, əsasən temperatur salıcılar və ağrıkəsicilər passivlik xəstəliyin artmasına səbəb olur, qeyri düzgün qidalanma çox antibiotik qəbulu zamanı bəzən mədə bağırsaqda daxili göbələklər əmələ gətirir ki, bu göbələklərin ifraz etdikləri toksinləri daima qaraciyərimiz təmizləmək məcburiyyətində qalır.

Qaraciyərin ətrafına yığılmış piy toxuması zaman-zaman bərkiyir və daxilində birləşdirici toxuma əmələ gəlir. Sonra fibrozlaşma başlayır. Bu çox təhlükəlidir, çünki artıq qaraciyər yavaş-yavaş sıradan çıxmağa başlayır və sirroza doğru addımlayır.

Sirroz qarşısı alına bilməyən bir qaraciyər xəstəliyidir.

Həddindən artıq piylənmə zamanı toxumaların insulin hormonuna həssaslığı azalır və şəkərə tutulma riski artır, bu da sonda qaraciyərin sıradan çıxmasına səbəb olur.

Qaraciyər piylənməsinin MÜALİCƏSİ.

1. Hər gün 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi və bir çimdik zəncəfil, 1 stəkan çiy suya qarışdırıb gündə 2 dəfə yeməkdən əvvəl içməli.

2. Zəncəfil – 100 qram

Alaqanqal toxumu – 100 qram

Sarıkök kökləri – 100 qram

Zeytun yarpağı – 100 qram

Solmaz çiçəyi – 100 qram

Bu bitkiləri bir birinə qarışdırıb, qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda dəmləyib termosa tökməli və gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içməli.

Bundan başqa adi qara çay yaşıl çayla əvəz olunmalı, balqabaq şırəsi, kök şirəsi, kərəviz şirəsi, cəfəri şirəsi, buğda cücərəndən sonra yaşıl hissə dərilir, 1 stəkana tökülür üstünə su əlavə olunub blenderlə qarışdırılıb şirəsi hazırlanılır. Bu şirələrdən hər gün 2 stəkan növbəli şəkildə yeməkdən əvvəl 2 stəkan içilməlidir.

Evdə kənd südündən hazırlanılmış qatıq və ya kefir gündə 2 stəkan qəbul olunmalıdır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner