Banner
Banner

Xəstəliklər

Bu xəstəliyə gənc qızlarda 8 dəfə daha çox – RAST GƏLİNİR

Bu xəstəliyə gənc qızlarda 8 dəfə daha çox – RAST GƏLİNİR
11:59 25 İyun 2021

Skolyoz Araşdırma Birliyinin məlumatına görə, hər 10 həddi buluq çağındakı insandan biri əslində hər hansı bir dərəcədə skolyoza sahibdir.

Tibb.fed.az Fizioterapevt-reabilitoloq Ramin Quliyevə istinadla bildirir ki, “skolyoz” -  düz haldakı onurğanın kürək və bel nayihəsində, sağa və sola doğru olan əyriliyə verilən addır. Bu əyriliyə təkbaşına, ya da birlikdə ola bilinən və önə doğru əyilməyə səbəb verən 'kifoz' ilə birlikdə rast gəlinə bilər.

Skolyoz diaqnozu əsasən yetkinlik çağında qoyulan sağlamlıq problemidir. Onurğada müşahidə olunan ciddi əyriliklər, gənc qızlarda oğlanlarla müqayisədə beş və səkkiz qat daha çox rast gəlinir. Doğuşdan ola bildiyi kimi, doğumdan sonrakı inkişaf müddətində, ya da yetkinlik dövründə də səbəbi bilinməyən bir amillə ortaya çıxan skolyoz hamiləlik zamanı infeksiyalar, şəkər xəstəliyi və bəzi vitamin əskiklikləri səbəbiylə də yarana bilər.

Skolyoz uşaqların normal inkişafına mane olur.

Skolyoz yetkinlik çağındakı uşaqların gələcəyini təhdid edən bir xəstəlikdir. Erkən təyin olunduğunda müalicəsində yüzdə-yüzə çatan bir müvəffəqiyyət təmin edilə bilər. Ancaq vaxtında diaqnoz qoyula bilməyən onurğa əyrilikləri inkişaf etmişdirsə, bu, uşaqların normal inkişafına mane olur. Yeniyetmə dövründə; bel və kürək ağrıları, ürək və ağciyər funksiya pozğunluqları ortaya çıxar.

Skolyoz olduğu ortaya çıxan xəstələrin şikayətləri:

• Qalçalar və çiyin səviyyələri arasında bərabərsizlik görülür.

• Qollar ilə bədən arasındakı məsafənin bərabərliyi və bədənin balansı pozulur.

• Baş bir yana, bədən bir yana əyildiyi üçün uşaq bir ayağının daha uzun olduğu qənaətinə gəlir.

• Qız uşaqlarının ətəyinin bir hissəsi yuxarı çəkilər.

• Sinə qəfəsində asimmetriya və bir kürək sümüyündə önə cixma müşahidə edilə bilər.

Müalicəsi mümkündur

Skolyozun müalicəsi xəstəliyin müəyyən edildiyi andakı dərəcəsinə görə təyin olunur. Xəstəliklə əlaqədar üç müalicə forması var:  müşahidə-fizioterapiya, korset müalicəsi və cərrahi müdaxilə. Boyunun uzanmasını tamamlamış uşaqlarda, əyrilik kürəkdə 45, digər 35 dərəcəni aşmadıqca cərrahi müdaxiləyə ehtiyac olmur. Buna görə ailələrin bu narahatlıq mövzusunda məlumatlanmasi böyük əhəmiyyət daşıyır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner