Banner
Banner

Xəstəliklər

Boyunun düzləşməsi hansı xəstəliyin – ƏLAMƏTİDİR?

Boyunun düzləşməsi hansı xəstəliyin – ƏLAMƏTİDİR?
16:21 6 İyun 2021

Boyunun  düzləşməsi xəstəlik yox, xəstəlik öncəsi əlamətdir.

Tibb.fed.az bildirir ki, bu barədə fizioterapevt-reabilitoloq Ramin Quliyev məlumat verib. Onun sözlərinə görə, boyunda 7 fəqərə var və onlar normalda önə doğru C şəklində yerləşir. Bu əyriliyin arxaya doğru gedərək bucaq itirməsinə, xalq dilində boyun düzləşməsi deyilir, yəni fəqərələrin I şəklində düzülməsi.

Boyun düzləşməsi, boyun əzələlərinin zəifliyi, sıxılması, qısalması nəticəsində olur. Problemli əzələlər fəqərəni davamlı olaraq arxaya doğru çəkər, normal fəqərə düzülməsinin pozulmasına yol açar.

Fəqərə düzləşməsinə ən çox səbəb olan hallar:

-Səhv mövqedə uzun müddət dayanmaq (baş-gövdə bucağı 90 dərəcə olacaq şəkildə dayanmalı), önə əyik mövqe əzələlərdə qısalmaya səbəb olur.

- Yüksək yastıqdan istifadə etmək

-Osteoporoz (sümük əriməsi)

Ağır işlərdə işləyərkən, çəki qaldırırıq.

Boyun düzləşməsi (servikal lordoz azalması) nəticəsində; boyun nahiyəsindəki əzələ, damar, qığırdaq, sinir sistemi pozula bilər, fəqərələr və digər toxumalar kifayət qədər qidalanmadıqda problemlər ortaya çıxmağa başlayır.

Bunlar:

-Boyun və qol ağrıları

- Baş gicəllənməsi ilə birlikdə baş ağrısı (beyinə gedən iki damar (vertebral arteriyalar) olunca beyinə kifayət qədər qan göndərməyə bilir.

- Qulaqlarda zingilti

-urək bulantısı

- Yuxu pozulması

- unutqanlıq

-müalicə edilmədikdə, gələcək mərhələdə; balanssızlıq, konsentrasiya və yaddaş pozulmalarina yol aca bilir.

Boyundakı düzləşmə müalicə edilməzsə, hərəkətsizlik, boyun düzləsməsi, boyun yırtıqlarina səbəb ola bilməkdədir.

Həkimin sözlərinə görə, boyun düzlüyü mexaniki bir haldır və onun diaqnozu müayinə və rentgenlə qoyulur. Müalicə isə mexanik pozulma xəstəliyinin dərəcəsinə uyğun olaraq aparılmalıdır. Bu zaman fizioterapevtik müalicə üsullarından istifadə etmək lazımdır. “Hər müalicə hər bir xəstəlikdə möcüzə yaratmır, düzgün istifadə edilməlidir”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner