Banner
Banner

Xəstəliklər

Bel ağrısı ən vacib vitaminlərdən birinin çatışmazlığının - ƏLAMƏTI OLA BİLƏR

Bel ağrısı ən vacib vitaminlərdən birinin çatışmazlığının - ƏLAMƏTI OLA BİLƏR
10:50 30 Mart 2021

Araşdırmaya görə, bel ağrısı sağlamlığı qorumaq üçün çox vacib olan D vitamininin orqanizmdə aşağı səviyyəsi ilə əlaqəli ola bilər.

Tibb.fed.az tanınmış tibb portalı Healthline-a istinadən bildirir ki, böyük müşahidələr nəticəsində vitamin çatışmazlığı ilə xroniki bel ağrısı arasında ciddi bir əlaqə tapılıb.

“D vitamini çatışmazlığı sümük deformasiyasına və onlarda ağrıların yaranmasına səbəb ola bilər. Ən çox bu vəziyyətə düşmək riski küçəyə nadir hallarda çıxan insanlarda aşkar edilib” deyə elmi mütəxəssislər xəbərdar edirlər.

Bədənin təbii müdafiə sistemi olan – İMMUNİTETİ NECƏ GÜCLƏNDİRMƏLİ?

Healthline-in istinad etdiyi bir araşdırmaya görə, 9000-dən çox yaşlı qadının məlumatları istifadə edilərək bədəndəki D vitamini səviyyələri ilə bel ağrıları arasındakı əlaqə araşdırılıb. Müəllifləri, vacib bir vitamin çatışmazlığının şiddətli bel ağrısına səbəb ola biləcəyi qənaətinə gəldilər

Müəlliflər vacib bir vitamin çatışmazlığının şiddətli bel ağrısına səbəb ola biləcəyi qənaətinə gəliblər. “D vitamini çatışmazlığı olan insanların ayaq, qabırğa və ya oynaq sümüklərində ağrılar normal bel ağrısı olanlarla müqayisədə iki dəfə daha çox olur ".

Bu maddənin çatışmazlığı hansı səbəbdən yaranır? Alimlər bəzi insanların bunun üçün kifayət qədər günəş işığı almadıqlarını bildirir. Hansı ki, məzh günəş şüalarının təsiri altında insan orqanizmi D vitamini sintez edir. Bu hal gəzintiyə çıxmamaq, hansısa səbəbdən qapalı yerlərdə daha çox vaxt keçirmələri ilə bağlı yarana bilir.

Orqanizmi bu vitamin çatışmazlığı olan insanlara hər gün 10 mikrogram D vitamini preparatı qəbul etmələri tövsiyə olunur. Onlardan çox istifadə etmək təhlükəlidir - bədəndə həddindən artıq kalsiumun əmələ gəlməsinə səbəb ola bilər (böyrək və ürəyə zərər verə bilər).

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner