Banner
Banner

Xəstəliklər

Baş ağrınızın arxasında nə dayanır: hava və ya - TƏHLÜKƏLİ XƏSTƏLİK?

Baş ağrınızın arxasında nə dayanır: hava və ya - TƏHLÜKƏLİ XƏSTƏLİK?
09:38 5 Aprel 2021

“Bəzi hava hadisələri həqiqətən baş ağrısına səbəb ola bilər”, mütəxəssislər bu qənaətdədirlər.

Tibb.fed.az NHS-ə istinadən, baş ağrısının pis hava şərtləri səbəbindən yarana biləcəyini bildirir. NHS-yə görə, baş ağrısına səbəb ola biləcək dörd hava hadisəsi var.

"Əgər siz baş ağrısına meyllisinizsə, boz, ağır səma, yüksək rütubət, yüksək temperatur və fırtınalı şərtlərin baş ağrısına səbəb ola biləcəyini tapa bilərsiniz" deyə tibbi nəşr yazır.

Baharda tez-tez baş ağrısı: nədən - XƏBƏR VERIR?

Mütəxəssislərin fikrincə, atmosfer təzyiqindəki dəyişikliklər, dalğalanmalara və havadakı dəyişikliklərə səbəb olmaqla, beyindəki elektrik və kimyəvi reaksiyalara da təsir edə bilər. Bu, əsəbləri qıcıqlandırır və baş ağrısına səbəb olur.

NHS hesab edir ki, baş ağrısına meylli insanlar hava ilə bağlı məlumatları izləməlidirlər. Mütəxəssislər qeyd edirlər ki, proqnozları izləməklə ehtimal olunan baş ağrısı dövrünü irəlidən görmək olar ki, bunun sayəsində də ehtiyacınız olacaq ağrı kəsiciləriniz əlinizin altında qalacaq.

Expressə görə, baş ağrısının digər səbəbləri kimi bəzi həyat tərzi faktorları dayanıb. Məsələn, buna müəyyən qidaların istifadəsi səbəb ola bilər. Harvard Health-in hesabatına görə lobya, qoz-fındıq, avokado, banan və pendir gözlənilməz ağrı təhrikediciləridir. Onlarla yanaşı şokolad, sitrus meyvələri, siyənək, süd məhsulları, soğan da bu məsələdə yer alır. Baş ağrısına daha çox təhrikedici isə alkoqol sayılmalıdır.

Digər yayılmış səbəblərə isə aşağıdakılar daxildir:

hormonların tərkibindəki dəyişiklik,

kofeinin ləğvi,

yuxu çatışmazlığı.

Baş ağrısı - ciddi bir xəstəlik əlamətidirsə. Gündəlik xroniki baş ağrıları ciddi bir şeyə dəlalət edə bilər. Mayo Klinikası xəbərdar edir ki, baş ağrısının meydana gəlməsinin arxasında bu vəziyyətlər gizlənə bilər:

-beyin və ətrafındakı qan damarlarının iltihabı və ya digər problemlər, insult da daxil olmaqla;

-menengit kimi infeksiyalar

-çox yüksək və ya çox aşağı kəllədaxili təzyiq;

-kəllə-beyin şişi;

- beyinin travmatik xəsarəti.

Mütəxəssislər həmçinin baş ağrısının arxasında ki, çox yüksək dozada dərman istifadəsinin də ola biləcəyini xatırladır. Bu tip baş ağrısı ümumiyyətlə migren və ya gərginlik səbəbindən mütəmadi olaraq epizodik baş ağrısından əziyyət çəkən və çox sayda analgetik qəbul edən insanlarda inkişaf edir.

 

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner