Banner
Banner

Xəstəliklər

Azərbaycanda həkimlərin yeni birliyi - YARADILA BİLƏR

Azərbaycanda həkimlərin yeni birliyi - YARADILA BİLƏR
23:55 30 Yan 2021

Azərbaycanda həkimlərin müasir müalicə protolkolları ilə təmin olunmasında, onların fəaliyyətinin tənzimlənməsində və müəyyən etik normalarla fəaliyyət göstərməsində mühüm rol oynayacaq ictimai birlik yarana bilər.

Tibb.FED.az xəbər verir ki, bu, Milli Məclisin 2021-ci ilin yaz sessiyasında «İctimai birliklər haqqında» qanuna nəzərdə tutulacaq dəyişikliklər nəticəsində mümkün olacaq.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli Tibb.fed.az-a bildirib ki, bənzər ictimai birlik Türkiyə və digər dünya ölkələrində mövcuddur və onlar həkimlərin peşəkarlığı ilə bağlı məsələlərə münasibət bildirirlər.

Onun sözlərinə görə, səhiyyə sahəsində baş verən islahatlardan sonra həkimlərin peşəkar fəaliyyətini tənzimləyən professional birliklərin yaradılması mühüm əhəmiyyət kəsb edir: «Bu tənzimləməni «İctimai birliklər haqqında» qanuna olan əlavələrlə və yaxud ayrıca «Professional birliklərin fəaliyyəti haqqında» qanunla tənzimləmək olar. Bu barədə səhiyyə komitəsində müvafiq müzakirələr aparılıb və yaxın zamanda bu istiqamətdə müəyyən addımlar atılacaq»-deyə millət vəkili bildirib.

Qeyd edək ki, Türkiyədə oxşar təşkilat  - Türk Həkimlər Birliyidir.  Qanuna dəyişiklik edilcəyi təqdirdə, anoloji qurumun Azərbaycanda da yaradılması mümkün olacaq.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner