Banner
Banner

Xəstəliklər

Albinizm xəstəliyi – MÜALİCƏSİ VARMI?

Albinizm xəstəliyi – MÜALİCƏSİ VARMI?
09:16 3 May 2021

Genetik xəstəlik olan Albino xəstəliyinə səbəb dəri, saç, göz membranlarına və beynin bəzi hissələrinə rəng verən melanin miqdarının azlığıdır.

Tibb.fed.az bildirir ki, albinizmi olan insanların gözləri çəhrayı rəngdə olur və bu xəstələrin bir çoxu göz xəstəliyi olan astiqmatizmdən əziyyət çəkir. Bu xəstəlik insanlarda olduğu kimi heyvanlarda da müşahidə oluna bilir. Valideynlərdən ötürülən bu xəstəlik oğlanlara nisbətən qızlarda daha çox görülür. Ana və atanın bu xəstəliyə tutulması, xəstəliyin uşaqlarda da baş verəcəyi demək deyil. Lakin ailə üzvlərindən hər hansı birində bu xəstəliyin olması uşağın xəstəliklə doğulma ehtimalını artırır.

İki növ albino xəstəliyi var

Qismən albino xəstəliyində melanin bədənin yarısında daha aktiv, digər yarısında daha yavaş olur. Bu səbəbdən bədənin bəzi yerlərində ağ ləkələr və ya nöqtələr meydana gəlir və bir gözün rəngi ağ ikən, digər göz isə rəngli ola bilər.

Tam albino xəstəliyində melanin heç bir rəng istehsal etməz. Bu vəziyyət nəticəsində tam albino xəstəliyi olan insanların bədənləri tamamilə dümağ olur.

Albinos xəstələrinin diqqət yetirməsi lazım olan bəzi vəziyyətlər var.

Günəş şüaları albino xəstələrinə normal bir insandan 2 dəfə çox təsir edir. Bu xəstəliyə tutulmuş şəxslərin dərisi çox həssas olduğundan, dərilərində qızartı və günəş yanığı olması ehtimalı yüksəkdir. Bundan əlavə, günəş şüaları yalnız dərilərinə deyil, gözlərinə də təsir göstərir. Bu səbəbdən mütəxəssislər albinos xəstələrinin tədbir almadan günəş altına çıxmamaları lazım olduğunu söyləyirlər.

Albinizmin müalicəsi varmı?

Albinizm xəstələrinin tam olaraq müalicəsi yoxdur. Bununla belə, qismən albino xəstələri üzərində aparılan elmi araşdırmalar daha perspektivlidir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner