Banner
Banner

Xəstəliklər

Ağciyər xəstəliklərinin ən ağır forması - ağciyər qanqrenası: YARANMA SƏBƏBLƏRİ VƏ MÜALİCƏSİ

Ağciyər xəstəliklərinin ən ağır forması - ağciyər qanqrenası: YARANMA SƏBƏBLƏRİ VƏ MÜALİCƏSİ
12:36 16 May 2021

Ağciyərin irinli xəstəliklərinin ən ağır forması ağciyər qanqrenası sayılır. Bu xəstəlik adətən, anaerob mikrobların təsirindən yaranır.

Tibb.fed.az tibbi mənbələrə istinadla bildirir ki, ağciyər qanqrenası ilə absesin inkişafında çoxlu ümumi əlamətlər vardır. Adətən ağciyər qanqrenası və absesi pnevmoniyanın ağırlaşması kimi yaranır. Bu proses zamanı, çürümə - bakteriyaları əlavə olunduqda qanqrena inkişaf edir.

Ağciyər qanqrenası - ağciyər toxumasının dağılmasıdır ki, bu proses sonralar ağciyərin sağlam toxumasına da yayılır.

Klinikası. Ağciyər qanqrenasının gedişi kəskin sürətlə başlayır, xəstənin vəziyyəti ağırlaşır, üşütmə ilə yanaşı temperatur yüksəlir, xəstənin ağzından üfunətli iy gəlir.

Bəlğəm tünd şokolad rəngində olur. Bu da qanqrena üçün çox xarakterik olan kiçik parenximatoz qanaxma ilə əlaqəlidir.

Bəlğəm qaldıqda üç təbəqəyə ayrılır.

1. Üst təbəqə - köpüklü bəlğəm

2. Orta təbəqə - seroz təbəqə bulanıq olur.

3.Aşağı - irinli təbəqə

Bəlğəm ifrazı əzabverici öskürəklə müşayiət edilir. Qanqrenoz ocaq ağciyərin aşağı payında olduqda xəstə yarımoturaq vəziyyət alır ki, bu vəziyyətdə bəlğəm boşluqlarda qalaraq bronxun selikli qışasını qıcıqlandırmır, bu da öz növbəsində öskürəyin azalmasına səbəb olur.

Ağır intoksikasiya zamanı arterial təzyiq enir, nəbzin tezliyi sürətlənir qaraciyərin və böyrəklərin funksiyası pozulur.

Müalicəsi. Ağciyərin irinli xəstəliklərinin müalicəsinin əsasını zədələnmə yerindən irini xaric etmək drenaj funksiyasının bərpa etmək, mikrofloraya qarşı təsirli tədbir görmək, intoksikasiyaya qarşı mübarizə və orqanizmin mübarizə qüvvəsinin artırılması kimi tədbirlər təşkil edir.

Müalicənin əsasını yüksək dozalarda antibiotiklərin tətbiq edilməsi təşkil edir. Adətən, gündə 4-8 hətta 10 milyon vahidi penisillin işlədilir (6-8 dəfəyə).

Orqanizmin müqavimət qüvvəsini artırmaq məqsədilə 6-7 dəfəyə 4-5 gündən bir 150-200 millilitr qan köçürmək məqsədəuyğun sayılır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner