Banner
Banner

Xəbərlər

Yeni nəsil COVİD peyvəndləri – DÖVRİYYƏYƏ GİRİR

Yeni nəsil COVİD peyvəndləri – DÖVRİYYƏYƏ GİRİR
12:31 5 May 2021

Tibbin yeni hədəfi: “Həb və ya sprey ilə asan peyvəndləmə və bütün korona növlərinə qarşı effektivlik!”

Tibb.fed.az xarici mətbuata istinadən xəbər verir ki, yeni nəsil COVİD-19 peyvəndləri həb və ya sprey halında olacaq. Dərman istehsalçıları və laboratoriyalar koronavirus variantları ilə mübarizə aparmaq və gələcəkdə pandemiyanın qarşısını almaq üçün qəbul edilməsi və nəqli daha asan olan dozalar hazırlayırlar. Bu barədə “The Wall Street Journal” qəzeti yazır.

Üzərində çalışılan 277 peyvənddən 93-ü artıq insanlarda klinik sınaq mərhələsinə keçib. Onların içində enjekte edilənlərlə bərabər ağızdan alınan və burun spreyi şəklindəkilər də olacaq.

Qeyd edək ki, bu yaxınlarda Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank ölkəsinin burundan tətbiq edilən sprey-peyvəndin yaradılması üzrə çalışmaları davam etdirdiyini bəyan etmişdi.

“Burundan tətbiq olunan peyvənd virusun insanlara yoluxma yolunu izlədiyindən, bu texnologiyanın virusla daha təsirli bir şəkildə mübarizə aparacağı proqnozlaşdırılır”.

Qeyd edək ki, bütün klinik mərhələlər tamamlanandan sonra yeni sprey-peyvəndin il ərzində istifadəyə veriləcəyi gözlənilir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner