Banner
Banner

Xəbərlər

“Yeni Klinika”nın baş həkimi barədə cinayət işi məhkəməyə - GÖNDƏRİLDİ

“Yeni Klinika”nın baş həkimi barədə cinayət işi məhkəməyə - GÖNDƏRİLDİ
12:13 6 İyul 2021

“Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin qanunsuz əməllərinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq məhkəməyə göndərilib.

Tibb.fed.az bu barədə Respublika Prokurorluğuna istinadən bildirir.

Bildirilir ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün iyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner