Banner
Banner

Xəbərlər

“Yaşlı xəstələr pulsuzluqdan ağlayaraq bizə qayıdır” – HƏKİMDƏN ACI ETİRAF

“Yaşlı xəstələr pulsuzluqdan ağlayaraq bizə qayıdır” – HƏKİMDƏN ACI ETİRAF
11:12 21 Aprel 2021

Qastroenteroloq-hepatoloq Babək Sultanzadə aztəminatlı insanların, əsasən də təqaüddə olan yaşlı pasiyentlərin ağır sosial durumundan təsirləndiyini yazıb.

Tibb.fed.az xəbər verir ki, bu barədə qastroenteroloq-hepatoloq açıqlamasında vurğulayıb. O, bildirib ki, xəstə QC sirrozu vəziyyətdə müayinəyə gəlir. Yoxlama zamanı hepatitlərin negativ olduğu müəyyən edilir. Səbəbi araşdırmaq üçün isə daha çox müayinələr lazımdı. “Amma xəstədə pul yoxdu. Deyirik HGB 6-dı reanimasiyada yatmalısız, pensiyanızdan pul tutulur, gedin icbari tibbi siğorta hesabına reanimasiyada vəziyyətiniz stabilləşsin”.

Həkimin sözlərinə görə, xəstə gedir və o qədər mənasız prosedur istənilir ki, ağlayarağ geri dönür: “Dərman yoxdu, cərrah baxmalıdır, cərrah deyir hepatolog baxmalıdır və. s.”

Bütün bu neqativlərin içində qastroenteroloq-hepatoloq səhiyyədəki vəziyyətlə bağlı həmkarlarının həqiqəti dilə gətirməməlrindən məyusluğunu ifadə edir: “Axşam da TV-ni açırsan tanıdığın savadlı həkim oturub nağıl danışır ki, hər şey əladı, gözəl iş görürük. Digər kanala çevirirsən ayrı bir savadlı həkim deyir ki, pandemiya olmasa, hər şey super olardı. Olan xəstəyə olur. Vallah ölkədə pulu olmayan ölür, əzabla ölür”.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner