Banner
Banner

Xəbərlər

Xəstəxanadakı qanun pozuntularıyla bağlı – CİNAYƏT İŞİ AÇILDI

Xəstəxanadakı qanun pozuntularıyla bağlı – CİNAYƏT İŞİ AÇILDI
20:21 18 May 2021

"Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında və Siyəzən Müalicə diaqnostika Mərkəzində yoxlamalar aparılarkən kobud qanun pozuntularına yol verilməsinin müəyyən edilməsi ilə əlaqədar toplanmış materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə məlumatlar yayılıb".

Tibb.fed.az bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata istinadla bildirir.

"Bununla əlaqədar bildiririk ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında AQTA tərəfindən aparılan yoxlamalar nəticəsində həmin xəstəxanada xəstələrə keyfiyyətsiz qida məhsullarının verilməsi, həmin qida məhsullarının çəkisinin şişirdilmiş şəkildə göstərilərək mənimsənilməsi və digər qanun pozunutuları aşkar edilib.

Baş Prokurorluq tərəfindən toplanan materialların öyrənilməsi nəticəsində fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Xaçmaz Rayon Prokurorluğuna göndərilib".

"Bundan başqa, AQTA tərəfindən Siyəzən Müalicə diaqnostika Mərkəzində yoxlamalar aparılarkən eyni qəbildən olan qanun pozuntularının aşkar edilməsi faktı ilə bağlı Siyəzən Rayon Prokurorluğunda hazırda araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək", - Mətbuat xidmətindən bildirilib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner