Banner
Banner

Xəbərlər

“Xərçəng, insult, infarktdan daha çox adam öldüyü halda, niyə COVİD reklam olunur?” – HƏKİMDƏN AÇIQLAMA

“Xərçəng, insult, infarktdan daha çox adam öldüyü halda, niyə COVİD reklam olunur?” – HƏKİMDƏN AÇIQLAMA
11:46 4 Aprel 2021

Tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov populyar xəstəliklərin, məsələn, onkoloji xəstəlikdən, insultdan, miokard infarktından ölüm hallarının COVİD-lə müqayisədə daha çox olduğu halda nə üçün COVİD-in bu qədər təbliğ olunmasına münasibət bildirib. O, son zamanlar insanlarlın bu sualı ona daha çox verdiyini açıqlayıb: “Soruşurlar doktor, niyə COVID bu qədər "reklam" olur? Axı onkoloji xəstəlikdən, insultdan, miokard infarktından daha çox adam ölür. Niyə məhz COVID?”.

Tibb.fed.az Şahin Məmmədovun paylaşımına əsasən bildirir ki, anestezioloq-reanimatoloq adıçəkilən xəstəliklərlə müqayisədə, COVID-dən ölüm sayınin həqiqətən də az olduğunu vurğulayıb. Ş.Məmmədov qeyd edib ki, bununla belə COVID-in yüksək kontagiozlu, yoluxucu olduğu nəzərə alınmalıdır: “O ölümlər var idi, onlar azalmadı, üstəlik üzərinə COVID-ə görə ölümlər gəldi, say daha da artdı. Həm təbligatla, maarifləndirməklə COVID-in qarşısının alınması daha realdır, daha perspektivlidir, nəinki onkoloji ya ürək xəstəliyinin”. Anestezioloq-reanimatoloq bildirir ki, COVID əleyhinə təbliğat, güclü tanıtım olmasa idi, xəstəlik indikindən qat qat çox olacaqdı. Yəni maariflənmənin bu istiqamətdə gücləndirilməsi faydasız deyil.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner