Banner
Banner

Xəbərlər

Vaksin bəzi qadınların döşündə şişin yaranmasına – SƏBƏB OLDU

Vaksin bəzi qadınların döşündə şişin yaranmasına – SƏBƏB OLDU
15:32 16 Mart 2021

Mütəxəssislər peyvənd olunan bəzi qadınların döşündə yan təsir olaraq kist yarandığını bildiriblər.

Tibb.fed.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı həkimlər vaksin vurduran bir çox qadınlarda bu hala rast gəldiklərini deyiblər.

Uzun, xəstəliksiz həyat üçün beş əsas şərt - MÜƏYYƏNLƏŞDİRİLDİ

“Massachuets” xəstəxanasının həkimləri tərəfindən aparılan araşdırmanın nəticələri “Ajronline” adlı tibb jurnalında dərc olunub. Lenf bezlərinin şişməsi nəticəsində yaranan bu kütlənin peyvənd olunan qolla eyni tərəfdə meydana gəlməsi aşkarlanıb və mammoqrafiyada görülüb. Bu hal bir çox qadınlarda rastlandıqdan sonra mütəxəssislər araşdırmalara başlayıblar. Məlumata görə, eyni hal bir çox qadınlarda müəyyən edilib. Həkimlər bildirir ki, şişlə bağlı məlumat alan qadınların narahatlığı əslində əsassız olub. Ağıla südvəzi xərçəngi gəlsə də, diaqnozlar bunu təsdiqləməyib. Mütəxəssislər bunu tamamilə normal hal sayıb və həftədən sonra şişkinliyin keçəcəyini söyləyib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner