Banner
Banner

Xəbərlər

ÜST uşaqların peyvənd olunmasını təxirə salmağa - ÇAĞIRIR

ÜST uşaqların peyvənd olunmasını təxirə salmağa - ÇAĞIRIR
14:20 8 May 2021

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hökumətləri dünyadakı riskli yaşlılar peyvənd alana qədər uşaqları koronavirus əleyhinə peyvənd etməkdən çəkinməyə çağırıb.

ÜST-nin çağırışı, Kanada uşaqlar üçün Pfizer peyvəndinə icazə verdikdən sonra səsləndirilib və digər zəngin ölkələrin də bu yolla getməsi tövsiyə edilib.

ÜST-nin Peyvənd və İmmunlaşdırma şöbəsinin müdiri Dr Keyt O'Brayn bildirib ki: "Daha aşağı risk qruplarına keçməyimiz üçün, dünyanın bütün ölkələrindəi ən yüksək prioritet qrupları peyvəndlər edilməlidir".

Qeyd edək ki, mayın 5-də Kanada 12 yaş və daha böyük uşaqlarda Pfizer-BioNTech COVID-19 peyvəndinin istifadəsinə icazə verərək bunu edən ilk ölkə oldu.

Kanadanın baş tibbi məsləhətçisi Supriya Şarma mətbuat konfransında İngiltərənin və Avropa Birliyinin də istehsalçının təqdim etdiyi eyni test nəticələrini nəzərdən keçirdikdən qısa müddət sonra bu nümunəni təkrar edə biləcəyini  açıqlayıb.

Mətbuatda yayılan məlumatlara görə, ABŞ da gələn həftənin əvvəlində 12-15 yaşlı uşaqlar üçün Pfizer-BioNTech peyvəndini təsdiqləmək niyyətindədir.

Hərçənd bu cür addımlar varlı ölkələrdə milyonlarla insanın peyvənd almasına yol açsa da, ÜST-nin Afrikada və digər yerlərdə peyvənd yayımı ilə bağlı qayğısını artırır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner