Banner
Banner

Xəbərlər

ÜST rəhbəri koronavirusun laboratoriyadan sızdığını – ETİRAF EDİB

ÜST rəhbəri koronavirusun laboratoriyadan sızdığını – ETİRAF EDİB
11:53 14 İyun 2021

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus SARS-CoV-2 laboratoriyasından sızıntı faktını istisna etmədiyini bildirib.

Tibb.fed.az bildirir ki, bu barədə ÜST rəhbəri G7 liderlərinin sammitində danışıb.

Qebreyesus qeyd edib ki, azı 174 milyon insan koronavirus infeksiyasına yoluxub və 3,75 milyon insan isə onun fəsadları nəticəsində həyatını itirib.

“Düşünürəm ki, insanlar bu virusun haradan gəldiyini öyrənməlidirlər. Onların buna haqqı var. Gələcəkdə pandemiyanın təkrarlanmasının qarşısını almaq üçün bu bizə lazımdır”, - deyə  Qebreyesus bildirib.

Onun sözlərinə görə, SARS-CoV-2-nin mənşəyi ilə bağlı istintaqın ilkin mərhələlərində Çin kifayət qədər “şəffaflıq və əməkdaşlıq” göstərməyib. Baş direktor hər bir fərziyyənin nəzərə alınmalı olduğunu bildirib.

“Xüsusilə işlənilməmiş məlumatların mübadiləsi ilə bağlı çətinliklər var idi... Ümid edirik ki, növbəti mərhələdə əməkdaşlıq daha yaxşı təşkil olunacaq”, - deyə ÜST rəhbəri qeyd edib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner