Banner
Banner

Xəbərlər

ÜST: Hindistan ştammı dünyanın 53 ölkə və regionunda - YAYILIB

ÜST: Hindistan ştammı dünyanın 53 ölkə və regionunda - YAYILIB
12:20 27 May 2021

Koronavirusun ilk dəfə Hindistanda aşkarlanan B.1.617.2 mutasiyası dünyanın artıq 53 ölkə və regionunda yayılıb.

Tibb.fed.az xarici mətbuata istinadla bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Açıqlamada bildirilir ki, qeyri-rəsmi məlumatlara görə, bu mutasiyaya daha yeddi regionda yoluxma hallarına dair məlumatlar mövcuddur.

B.1.617.2 mutasiyası ÜST tərəfindən “narahatlıq doğuran variant“ kimi qiymətləndirilir və indiyədək aşkar edilən mutasiyalar içərisində ən yoluxucu variant kimi dəyərləndirilir. Yoluxuculuq qabiliyyətinin xəstəliyin gedişatına hansı səviyyədə təsir göstərməsi isə hələ araşdırılır.

Hazırda B.1.617.2 mutasiyası dini və siyasi kütləvi tədbirlər səbəbindən Hindistanda sürətlə yayılmaqdadır və ölkənin səhiyyə sistemində ciddi yüklənməyə səbəb olub.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner