Banner
Banner

Xəbərlər

ÜST Avropada vaksinasiya kampaniyasından – NARAZIDIR

ÜST Avropada vaksinasiya kampaniyasından – NARAZIDIR
13:57 2 Aprel 2021

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropadakı vaksinasiya kampaniyasının “qəbuledilməz dərəcədə yavaş” getdiyinə görə tənqid edib.

Tibb.fed.az bildirir ki, təşkilatın Avropa bürosunun rəhbəri Hans Kluqe peyvənd doalarının ləng paylanmasının pandemiyanın müddətinin uzanmasına apardığını bildirib. O qeyd edib ki, peyvəndlər pandemiya üzərində qələbə qazana bilmək üçün hazırda ən uğurlu yoldur. Peyvənd dozalarının paylanması istehsalatın artırılması və bürokratik əngəllərin aradan qaldırılması yolu ilə sürətləndirilə bilər: “Əldə edilmiş hər bir flakon mütləq istifadə edilməlidir, özü də indi”.

ÜST Avropadakı yoluxma vəziyyətini də son aylarda narahatedici həddə çatdığını elan edib. Dörd həftə bundan öncə Avropada yeni yoluxmaların ümumi sayı bir milyondan aşağı idisə, bu göstərici ötən həftə artıq 1,6 milyona çatıb. Eyni zamanda, Avropada koronavirusla əlaqədar ölüm hallarının sayı sürətlə bir milyona yaxınlaşmaqdadır.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner