Banner
Banner

Xəbərlər

ÜST 22 azərbaycanlı həkimə - TƏLİM KEÇDİ

ÜST 22 azərbaycanlı həkimə - TƏLİM KEÇDİ
18:10 29 Aprel 2021

Aİ-ÜST layihəsi çərçivəsində Azərbaycanlı həkimlərin yeni qrupuna ÜST-nin Türkiyədəki Əməkdaşlıq Mərkəzində təlim keçilib

Tibb.fed.az bu barədə ÜST-nın Azərbaycan nümayəndəliyinə istinadla bildirir.

Avropa İttifaqının maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ÜST-nin Azərbaycan Nümayəndəliyi COVID-19-a qarşı mübarizə sahəsində çalışan tibb işçilərinin bilik və bacarıqlarının artırılmasını dəstəkləməyə davam edir. Bu gün layihənin bir hissəsi kimi 22-27 martda Türkiyədəki Urla Beynəlxalq Fövqəladə Hallar və Təbii Fəlakətlər üzrə Tibbi Təlim və Simulyasiya Mərkəzində (ÜST-nin Əməkdaşlıq Mərkəzi) baş tutmuş təlimçilərin təlimi proqramını bitirənlərə sertifikatları təqdim edilib.

Qeyd edək ki, təlim proqramında epidemioloqlar, vərəm və İİV/QİÇS mütəxəssisləri daxil olmaqla 22 azərbaycanlı tibb işçisi itirak edib.  Onlar COVID-19 zamanı müşahidə və təmasların izlənilməsi, infeksiyaların profilaktikası və nəzarət, həmçinin həmçinin pandemiya dövründə vacib tibbi xidmətlərin göstərilməsinin davam etdirilməsinə dair bilik və bacarıqlarını yeniləyiblər. Təlim iştirakçıları İzmir, Bornova və Konakdakı səhiyyə müəssisələrinə ziyarətlərlə türkiyəli həmkarlarının praktiki təcrübəsi ilə tanış olublar. Onlar yeni əldə etdikləri bilik və bacarıqları bölüşmək üçün Azərbaycanda öz həmkarlarına təlim keçəcək və ÜST-nin digər təşəbbüslərində iştirak edəcəklər.

Təlimi bitirənlərə sertifikatlar Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr Hande Harmancı, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Dr Sara Həsənova və TƏBİB-in Xəstəliklərin Profilaktikası və Kontrolu Departamentinin rəhbəri Dr Yaqut Qarayeva təqdim edib.

“COVID-19 pandemiyası beynəlxalq əməkdaşlığın və yaranan problemlərin həllində çoxtərəfli yanaşmanın vacibliyini göstərdi. Avropa İttifaqı COVID-19 pandemiyasına qarşı mübarizə və testlərə, müalicə imkanlarına və peyvəndlərə qlobal və bərabər çıxış təmin etmək üçün çoxtərəfli əməkdaşlığın önündə getməkdədir. Bu proqram Azərbaycanın səhiyyə sistemini gücləndirməklə ölkəni COVID-19-un yayılmasının effektiv profilaktikası və pandemiya ilə mübarizə üçün hazırlayır” deyə səfir Kestutis Yankauskas tədbirdə bildirib.

Dr Hande Harmancı bildirmişdir ki, pandemiyaya qarşı mübarizə aparan tibb işçilərinin bilik və bacarıqlarının artırılması Aİ-ÜST layihəsinin ölkənin səhiyyə sisteminə dəstəyinin önəmli istiqamətidir. “2020-ci ilin sentyabr və 2021-ci ilin mart aylarında üz-üzə formatda keçirilən 2 təlimçilərin təlimi proqramı vasitəsilə 56 azərbaycanlı həkim təlimçi kimi hazırlanıb və onlar öz həmkarlarına təlimlər keçməyə davam edirlər. Həmçinin, 1700 tibb işçisi COVID-19-lu xəstələrin, xüsusən də ağırlaşma hallarında müalicəsinə dair biliklərini artırmaq üçün layihə çərçivəsində keçirilən vebinarlardan faydalanıb. Layihənin digər fəaliyyət istiqamətləri ilə tamamlayıcı xarakter daşıyan bu cür təlim və vebinarlar ölkənin səhiyyə sisteminə pandemiyaya qarşı mübarizədə daha hazırlıqlı olmağa kömək edəcək” deyə Dr Hande Harmancı bildirib və layihə çərçivəsində əməkdaşlığa görə Səhiyyə Nazirliyi, TƏBİB və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Dr Sara Həsənova  və Dr Yaqut Qarayeva təlimin əhəmiyyətini vurğulayıb və sertifikat alan iştirakçıları təlim proqramını uğurla tamamlamaları münasibətilə təbrik edib.

Aİ və ÜST-nin birgə “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi Azərbaycanın pandemiyaya qarşı mübarizə səylərıni təlimlərin keçilməsi, tibbi ləvazimatların ölkəyə gətirilməsi, qiymətləndirmələrin aparılması və məlumatlandırma kampaniyaları ilə davam etdirəcək.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner