Banner
Banner

Xəbərlər

Ümumdünya İmmunlaşdırma Həftəsinə - START VERİLDİ

Ümumdünya İmmunlaşdırma Həftəsinə - START VERİLDİ
12:07 24 Aprel 2021

Hər il Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə aprelin ikinci yarısında keçirilən Ümumdünya İmmunlaşdırma Həftəsi 100 milyondan artıq uşağı difteriya, tetanus və göyöskürəkdən qorumaq məqsədilə aparılır. Əvvəllər yalnız qərb ölkələrini əhatə edən həmin tədbir Avropa immunlaşdırma həftəsi adlanırdı, lakin sonradan digər dünya ölkələri də həmin təşəbbüsə qoşuldular.

Tibb.fed.az AZƏRTAC-a istnadla xəbər verir ki, həftənin keçirilməsinin əsas məqsədlərindən biri cəmiyyətin diqqətini immunlaşdırmanın bəşəriyyəti yoluxucu xəstəliklərdən qorumağa imkan verən əsas profilaktik tədbirlərdən biri olduğuna cəlb etməkdir. ÜST ailələrə həmin xəstəliklərin fəsadlarından qorunmaq üçün uşaqları mütləq peyvənd etməyi məsləhət görür. Təşkilatın məlumatına görə, immunlaşdırma hər il difteriya, tetanus, göyöskürək, parotit və məxmərəkdən ölüm hallarının sayını 2-3 milyonadək azaltmağa imkan verir.

Ümumdünya Səhiyyə Təşkilatının göstərdiyi səylər nəticəsində vaxtında peyvənd edilən uşaqların sayı getdikcə artır. Məsələn, 2000-2016-cı illər ərzində qızılcaya qarşı aparılan peyvəndlər nəticəsində xəstəlikdən ölüm hallarının sayı dünyada 84 faiz azalıb. Lakin bununla belə, məsələn, 2010-cu ildə demək olar ki, 20 milyon uşaq lazımi peyvənd almamışdır. Onların demək olar ki, 70 faizi dünyanın 10 ölkəsində, o cümlədən Hindistan, İndoneziya, Əfqanıstan, Pakistan, İraq, Konqo, Nigeriya, Uqanda, Efiopiyaya və Cənubi Afrikada yaşayır. Halbuki immunlaşdırma nəticəsində beş yaşına qədər olan 1,7 milyon uşağın həyatını xilas etmək olardı, 2013-cü ildə təxminən 21,8 milyon südəmər körpə uşaq həyat üçün lazım olan peyvənd almayıb. Bu, vaksinlərin vaxtında çatdırılmaması, səhiyyəyə kifayət qədər maliyyə dəstəyinin göstərilməməsi və s. səbəblərlə əlaqədar olub.

Həmin halların baş verməməsi üçün ÜST İmmunlaşdırma Həftəsi çərçivəsində müxtəlif maarifləndirici tədbirlər həyata keçirir, uşaqların və yaşlıların peyvəndlənməsini aparır, müxtəlif ölkələrin bu sahədəki təcrübəsi öyrənilir. Beynəlxalq əməkdaşlıq əhali arasında immunlaşdırmanın sürətini artırmaq və daha çox kütləni əhatə etməyə imkan verir. Bu, COVID-19-la mübarizə dövründə daha aktualdır.

Hazırda infeksiyanın yayılma və ölüm faizinin yüksək olması COVID-19-a qarşı peyvəndlərin hazırlanması və tətbiqi dünyanın bütün ölkələri üçün hədsiz dərəcədə vacib məsələyə çevirib. Bir sıra ölkələr əhalinin mərhələli şəkildə peyvənd edilməsini tətbiq edir. Buna uyğun olaraq risk qrupunda olanlara, məsələn yaşlılara, tibb işçilərinə, hərbi qulluqçulara, hüquq-mühafizə orqanlarının işçilərinə üstünlük verilir.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner