Banner
Banner

Xəbərlər

Türkiyənin COVID-19 peyvəndi payıza qədər hazır olacaq – ƏRDOĞAN AÇIQLADI

Türkiyənin COVID-19 peyvəndi payıza qədər hazır olacaq – ƏRDOĞAN AÇIQLADI
12:30 8 May 2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mütəxəssislərin COVID-19-a qarşı peyvənd hazırlığı üzərində ciddi şəkildə çalışdıqlarını açıqlaqıb.

Tibb.fed.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir. Türkiyə prezidentinin sözlərinə görə, milli peyvənd 2021-ci ilin sentyabr-oktyabr aylarında istifadəyə hazır olacaq.

Jurnalistlərin Ankaranın digər ölkələrə peyvənd ixrac edib etməyəcəyi ilə bağlı suallarına isə T.R.Ərdoğan müsbət cavab verib. “Əgər belə bir sorğu daxil olarsa Türkiyə bunu nəzərdən keçirəcək” deyə, prezident vurğulayıb.

Türkiyənin dövlət başçısı rusiyalı həmkarı Vladimir Putinlə Rusiyanın Sputnik V peyvəndinin böyük partiyalarının tədarükü ilə yanaşı dərmanın Türkiyədə istehsalını da müzakirə etdiyini qeyd edib.

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner