Banner
Banner

Xəbərlər

Türk həkimləri dünyanı – HEYRƏTLƏNDİRMƏYƏ DAVAM EDİR

Türk həkimləri dünyanı – HEYRƏTLƏNDİRMƏYƏ DAVAM EDİR
14:39 28 İyun 2021

Tibb dünyasi yeni kəşflərin astanasindadir.

Yeni BioNTech peyvəndi BNT111-in 2-ci faz testlərinə başlandı.

Tibb.fed.az tibbi qaynaqlara istinadla bildirir ki, bu dəfə söhbət COVID19 peyvəndindən deyil, xərçəng xəstəliyilə mübarizədən gedir. Türk əslli alman alimləri Dr.Özlem Töreci və Prof. Uğur Şahin tərəfindən hazırlanan dəri xərçənginin əməliyyata münasib olmayan mərhələsində xəsətələrə vurulacaq peyvənd üzərində işlər uğurla davam edir. Peyvənd immun sisteminin aktivləşdirilməsinə istiqamətləndirilib.

Hələ keçən ilin mart ayında Dr. Özləm Törəcinin tibbdə inqilab edəcəyi haqda məlumatlar yayılırdı. Ancaq koronanın ortaya çıxması ilə iki alim bütün güclərini COVID19 peyvəndinə sərf etməyə məcbur olmuşdular.

2020-ci ildə yazdığım məqalələrdən birində qeyd etdiyim kimi BioNTech şirkətinin qurucuları diqqətlərini xərçənglə mübarizəyə verməyə başladılar.

2023-25-ci illər Bəşəriyyət bu gün müalicəsi mümkün olmayan bütün xəstəliklərin qurtuluşunu tapacaq. Bütün yeni kəşflər bu futuristik proqnozun doğrulanacağına işarə edir…

Banner
Banner

Rəy bildir

Reyting əlavə et:

Digər xəbərlər

Banner